Azərbaycan SSR neft ustası () — Azərbaycan SSR-də neft sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Əsasnaməsi "Azərbaycan SSR neft ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 19 avqust 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur.
Fəxri adla Azərbaycan SSR-in neft sənayesi sahəsində ən yeni texnikanı tətbiq etmək, əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, görkəmli ixtiraçılıq fəaliyyəti göstərmək istiqamətində fərqlənmiş neft sənayesi fəalları (staxanovçular), eləcə də mühəndis-texniklər təltif olunurdu.
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR neft ustalarının siyahısı Azərbaycanın fəxri adları
Kateqoriya:Azərbaycan SSR fəxri adları