Alapayevsk qurbanları (Alapayevsk şáxtasının qurbanları) — sovet hökuməti nümayəndələri tərəfindən 18 iyul 1918-ci il gecəsi öldürülən Romanovlar sülaləsi üzvləri və onlara yaxın olan insanlar. Qətil hadisəsi çar ailəsinin edamının ertəsi günü, "Nijnyaya Selimskaya" mədəni yaxınlığında yerləşən Alapayevsk şəhərindən 18 km uzaqlıqda baş vermişdir, qurbanların cəsədləri mədən quyuların birinə atılmışdır. 8 iyun 2009-cu ildə Rusiya Baş Prokurorluğu Alapayevsk yaxınlığında öldürülənlərin hamısına bəraət qazandırdı.
Xaricdəki Rus Pravoslav Kilsəsi Alapayevsk yaxınlığında öldürülənlərin hamısını (F. Remez istisna olmaqla) övliyalar sırasına keçirdi. Rus Pravoslav Kilsəsi onlardan yalnız ikisini böyük knyaginya Yelizaveta Fyodorovnanı və rahibə Varvaranı müqəddəsləşdirdi.
Alapaevsk yaxınlığında öldürülənlərin siyahısına aşağıdakı şəxslər daxildir: böyük knyaginya Yelizaveta Fyodorovna; böyük knyaz Sergey Mixayloviç; imperator qanı knyazı İoann Romanov; imperator qanı knyazı Konstantin Konstantinoviç (kiçik); imperator qanı knyazı İqor''''Konstantinoviç; knyaz Vladimir Pavloviç Paley (böyük knyaz Pavel Aleksandroviçin Olqa Pistolkors ilə morqanatik nikahdan doğulmuş oğlu); Fyodor Semyonoviç (Mixayloviç) Remez, böyük knyaz Sergey Mixayloviçin müavini; Marfa və Məryəm monastırının bacıları Varvara (Yakovleva), zaviyənişin Yelizaveta Fyodorovna.
Bu yer yaxınlığında 1995-ci ildə Rus Kilsəsinin yeni şəhidləri və övliya adına monastır quruldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Romanovlar sülaləsi Kateqoriya:Öldürülmüş Romanovlar Kateqoriya:1918-ci ildə Rusiya Kateqoriya:Sovet İttifaqında Qırmızı Terrorun qurbanları Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:Rusiya inqilabı Kateqoriya:Rusiyada qətllər