Mark Stronq (, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur.

Həyatı Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir.

Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur.

İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır.

Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi.

Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır.

"Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.

2014-cü ildə Mark "Körpüdən mənzərə" tamaşasındakı roluna görə "Laurence Olivye" ən yaxşı aktyor mükafatını almışdır.

2016-cı ildə eyni rola görə, bir tamaşanın ən yaxşı aktyoru nominasiyasında "Toni" mükafatına namizəd göstərilmişdir.

Şəxsi həyatı Mark Stronq həyat yoldaşı Liza Marşall və iki oğlu Qabriel (mart 2005-ci il təvəllüdlü) və Roman (5 oktyabr 2007-ci il təvəllüdlü) ilə Londonun şimal-qərbində yaşayır.

Stronq kiçik oğlu Romanın xaç atası olan aktyor Deniel Kreyqin yaxın dostudur.

Filmoqrafiya Year Title Role Notes 1993 Yüzillik Polis 1994 Tələ Kenni 1997 Futbol xəstəliyi Stiv 1997 Aludəçi Con MakHol Daniyel Creyk üçün alman dublyajı 1998 Yağışlı ayaqqabıda adam Deyv Summers 1999 Fil suyu şirəsi Frenk 1999 Günəş işığı İstván Sors 2001 Bütün müharibələri bitirmək üçün Desti Miller 2001 Otel Ferdinand 2001 Martins Douq 2001 Xurafat Antonio Gabrieli 2002 Qızıl yataqları Dr Tolkin 2002 Heartlands İan 2003 Bəzi yerlər təhlükəsizdir Dad Qısa metrajlı film 2003 Hər şey sevgi ilə bağlıdır Artur 2005 Revolver Sorter 2005 Oliver Tvist Tobi Krakit 2005 Suriyalı Mussavi 2006 Tristan & İzolda Lord Viktred 2006 Cinsi mənzərə Luis 2007 Günəşin işığı Pinbeker 2007 Ulduz tozu Şahzadə Septimus 2008 Miss Pettiqrevin bir günlük ömrü Nik Salderelli 2008 Axmaq haqqında xatirələr Manni Mişel 2008 Eramızın Babili Finn 2008 Rokin Rol Arçi 2008 Yalanların cəmi Hani Salaam 2008 Yaxşı Filipp Bouler 2009 Qanqster və azğın həmyaşıd Narrator (səsləndirmə) Sənədli film 2009 Oyunun sonu Neil Bernard 2009 Gənc Viktoriya]] Ser Con Konroy 2009 Şerlok Holms Lord Henri Blekvud 2010 Kick-Ass Frenk De Amiqo 2010 Robin Qud Ser Qodfrey 2010 Geri yol Andrey Xabarov 2011 Qvardiya Kliv Kornell 2011 Qartal Guern / Luis Klaus Metellus 2011 Yaşıl fənər Taal Sinestro 2011 Liliputlar diyarından Arietti Pud (səsləndirmə) 2011 Tinker Tailor əsgər xəfiyyə Cim Prido 2011 Qara qızıl Sultan Amar 2012 Con Karter Matay Şanq 2012 Sıfır Qaranlıq Otuz Corc 2013 Punşa xoş gəlmisiniz Yakob Sternvud 2013 Şahin günü Sultan Amar 2013 Castin və şücaət cəngavərləri Heraklio (səsləndirmə) 2013 Qan Robert Seymur 2014 İttifaq Narratur (səsləndirmə) Sənədli film 2014 Aya daha yaxın Maks Rosental 2014 Yuxuya getməmişdən əvvəl] Dr Naş 2014 Görmə mənzərəsi Con Vaşinqton 2014 İmitasiya oyunu Stevart Menzies 2014 Kinqsman: Məxfi xidmət Merlin 2016 Qrimizbi Sebastian Qraves 2016 Naməluma yaxınlaşmaq Kapitan Viliyam Stenfort 2016 Jadovillin mühasirəsi Konor Kruz O'Brayen 2016 Miss Soloano Rodolfo Şmit 2017 6 Gün Maks Vernon 2017 Kinqsman: Qızıl dairə Merlin 2018 O, casus idi Verner Helsenberq 2018 Stokholm Qunnar Sorensson 2019 Şazam! Doktor Sivana 2019 1917 Kapitan Smit 2021 Kruella Con TBA Nokebo

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları