Jan Batist Kolber (; ) — fransız dövlət xadimi, 1665-ci ildən sonra faktiki olaraq XIV Lüdovik hökumətinin başçısı. Əsas vəzifəsi maliyyə naziri olmuş, eyni zamanda bir çox başqa rəhbər vəzifələrdə çalışıb. Merkantilizm siyasətinin tərəfdarı, milli donanma, ticarət və sənayenin inkişafına töhfələr vermişdir. Fransız müstəmləkə imperatorluğunun formalaşması üçün iqtisadi şərtlərin əsasını qoyub.
Onun himayəsi altında Yazılar və Ədəbiyyat Akademiyası (1663), Kral Elmlər Akademiyası (1666), Kral Musiqi Akademiyası (1669) və Kral Memarlıq Akademiyası (1671) qurulmuşdur.
İstinadlar
Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Fransa iqtisadçıları Kateqoriya:Fransanın maliyyə nazirləri