Qroninge muzeyi — (, yaxınlıqdakı küçənin adı ilə) Belçikanın Brügge şəhərində bir bələdiyyə incəsənət muzeyidir. Erkən Niderland rəssamlığı kolleksiyası ilə məşhurdur.
Təsviri Kolleksiyanın tarixini Belçikalılar 1716-cı ildə əsası qoyulmuş yerli Gözəl Sənətlər Akademiyasından başladırlar. Müasir muzey binasının tikintisi 1930-cu ildə başa çatmışdır (1994-cü ildə tikinti ilə genişləndirilmişdir). Binanın 15 salonunda muzey ekspozisiyasının əsas dəyərləri — köhnə Flaman ustalarının əsərləri sərgilənir. Ən məşhurları arasında Yan van Eykin (") (təxmini 1434–1436), İeronim Bosxun "Dəhşətli məhkəmə" (təxmini 1486), ()-in "Kambizin məhkəməsi" (1498), Hans Memlinqin "Müjdə bayramı" və "Xaçdan endirilmə", (), (), (), (), () ve dövrün digər sənətkarlarının əsərləri var. Əsas binada həmçinin daha müasir eksponatlar — Rene Maqrit, (), (), () və başqaları da daxil olmaqla 19–20-ci əsr rəssamlarının əsərləri var.
Əsas binaya bitişik olan Arenthuis otağında müxtəlif müvəqqəti sərgilər keçirilir. Burada həm də Brügge əsilli İngilis rəssamı ()-in daimi sərgisi yerləşir.
Ədəbiyyat Uffelen Ch. van. Contemporary museums: architecture, history, collections. Salenstein: Braun, 2010, pp.164–165. ISBN 978-3-03768-067-4.
Kateqoriya:Belçika muzeyləri Kateqoriya:Brügge Kateqoriya:Belçika incəsənəti Kateqoriya:Rəsm qalereyaları