Aleksandri Herkulanu () — Portuqaliya tarixçisi, yazıçı, siyasi xadim. 1844-cü ildən Portuqaliya Elmlər Akademiyasının üzvü olmuşdur.
1831–36-cı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, liberal mövqedən çıxış etmişdir. Ən böyük əsəri olan "Portuqaliya tarixi" (), 13-cü əsrin ortalarınadək olan dövrü əhatə edir. Herkulanu həmçinin sənədli və antiklerikal ruhlu "Portuqaliyada inkvizisiyanın meydana gəlməsi və bərqərar olması tarixi" () əsərinin müəllifidir. Uzun müddət Portuqaliya tarixi sənədlərinin nəşrinə rəhbərlik etmişdir. Siyasi şeirlərin və tarixi romanların müəllifidir. Əsərlərində Portuqaliyanın ictimai-siyasi həyatını, orta əsrlərin məişət və adətlərini təsvir etmişdir.
İstinadlar
Kateqoriya:Portuqaliya şairləri Kateqoriya:Portuqaliya yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri