Nils Kay Yerne () — Danimarka immunoloqu. Nobel mükafatı laureatı.

Kopenhagen Universitetində tibb təhsili və 1947-ci ildə tibb doktoru dərəcəsi almışdır. 1943–56-cı illərdə Danimarka Milli Zərdab İnstitunda işləmiş, həmin dövrdə özünün əks-cisimlərin əmələ gəlməsi nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyə məşhur alim kimi tanınmasında əsas rol oynamışdır. 1956-cı ildən ÜST-ün Cenevrәdəki bioloji standartların və immunologiyanın baş seksiyasında çalışmışdır. 1962–66-cı illərdə ÜST-də ekspert, eyni vaxtda Pittsburq Universiteti tibb məktəbinin mikrobiologiya şöbəsinin professou və müdiri olmuşdur. 1966-cı ildə Avropaya qayıtmış və Frankfurtda İohann Volfqanq Göte Universitetində professor adını almışdır. 1969-cu ildən Bazel İmmunologiya İnstitunun direktoru işləmişdir.

İstinadlar

Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:XX əsr bioloqları