Ceyran Şirin qızı Bayramova () — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır.Daha sonra bu klub Murtuza Muxtarovun mülkündə fəaliyyətini davam etdirməyə başlayıb. Burada ucqar kəndlərdən,qəsəbələrdən savadsız qalmış qadınları, qızları təhsilə və müxtəlif peşə sahələrinə cəlb etmək üçün dərnəklər yaradılmışdı. Klub ləğv edildikdən sonra isə bura nikah evi olaraq açılır və Ceyran xanımın təşəbbüsü ilə buraya “Səadət” sarayı adı verilib. Ceyran Bayramova iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.

1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.

Bioqrafiya 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub.

Bakıda Əli Bayramov adına qadın klubunun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır.

Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əks-inqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilmiş, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum olunmuşdur. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova "Vətən xaini"nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan mərhum edilmiş və Qazaxıstanın Akmolinski həbs düşərgəsinə göndərilmişdir. Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: oğlu — Bayramov Əli — 13 yaş, Bayramov Fərid — 11 yaş, Bayramov Aydın — 9 yaş, qızı — Bayramova Nazilə — 3 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilmişdir.

Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır. iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.

1987-ci ildə vəfat etmişdir.

Xatirəsi 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Ceyran Bayramovanın həbsi və sürgün edilməsi də təsvir edilir..Əlavə olaraq qeyd edək ki, hal hazırda Quba rayon Zərqova kənd tam orta məktəbi Ceyran xanım Bayramovanın adını daşıyır.

İstinadlar

Mənbə

Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Əli Bayramov adına Qadın Klubunun üzvləri Kateqoriya:Azərbaycan siyasətçilərinin həyat yoldaşları Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri