Türkmənbaşı Təbiət Parkı () ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı.
Sarıyer ilçəsində, Böyükdərənin PTT Evləri məhəlləsindəki Hacı Osman Bayırı prospektinin qərbində yerləşən park 5,6 hektarlıq ərazini əhatə edir. Təbiət parkı 1998-ci ildə Türkiyə və Türkmənistanın paylaşdığı mədəni dəyərlərə hörmət məqsədilə yaradılmışdır. 7 may 1998-ci ildə 5.60 ha-lıq sahəsi ilə təbiət parkı adını almışdır. Park Türkmənistan prezidenti Saparmurat Niyazovun (1940–2006) şərəfinə "Türkmənbaşı" (hərfi mənası: Türkmənlərin başçısı) adlandırılmışdır.
Təbiət parkı gündəlik ziyarətçilər üçün gəzinti və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançası mövcuddur.
Türkmənistan ilə Türkiyə arasında ortaq mədəniyyətlərin paylaşıldığı bir sahə olaraq qəbul edilən təbiət parkıdır.
Ekosistem Flora Təbiət parkının ümumi bitkisi şamdır. Digər əhəmiyyətli bitkilərə qayalıq palıdı (), Carpinus betulus, Şərq çinarı (), adi küknar (), həmişəyaşıl sərv (), cənub dağdağanı (), alman yemişanı (), nəhəng tuya () ensizyarpaq lavanda (), adi zirinc (), Abelia x grandiflora, Tobira pittosporumu, Laurocerasus officinalis, Çin fotiniyası (), irimeyvə çiyələkağacı (), Aucuba japonica və yapon ofiopoqonu () daxildir.
Fauna Təbiət parkının əsas faunası quş növlərindən ibarətdir. Müşahidə olunan quş növləri sərçə, dolaşa, ağacdələndir.
Ünvan Hacıosman-Baxçaköy-Kilyos yolunun kəsişməsində, Maslak-Sarıyer yolunun Hacıosman ərazisində yerləşir. Yeniyapı-Hacıosman metrosu ilə Hacıosman metro stansiyasından enərək və ya Sarıyer, Tarabya və Bağçaköy istiqamətinə gedən avtobus və mikroavtobuslardan istifadə edərək Hacıosman dayanacağında enərək bölgəyə çata bilərsiniz.
İstinadlar
Kateqoriya:1998-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları