Əliverdibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. thumb|Əliverdibəyovlar Soyun yaranması

Bu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirlidən götürür. Əliverdi bəy Kəbirli mahalının Pərioğlular obasında yaşam sürmüşdü. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul etdilər.

Soyun tanınmış nümayəndələri Əliverdi bəy Hüseyn bəy oğlu — Mehdiqulu xanın Ağdam üzrə darğası. Ağalar bəy Əliverdibəyov (1880-1953) — musiqişünas. Nazim Əliverdibəyovun atası. Qara bəy Əliverdilər (1879-1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü. Nazim Əliverdibəyov (1926-1985) — Azərbaycan bəstəkarı. Kazım Əliverdibəyov (1934) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Kərim Əliverdizadə (1911-1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru. Qalereya

Mənbə Ənvər Çingizoğlu, Əli bəy Kəbirlinin törəmələri, "Soy" dərgisi, Bakı. 2010.

Həmçinin bax Qarabağ