Əzəli Əssumani (; ; ) — Komor adalarının sabiq Prezidenti (2002–2006 və 2016–2019).
15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi.
Həyatı Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Fəaliyyəti 2018-ci ilədək prezident postu hər beş ildən bir ölkənin üç adası: Qrand Komor, Anjuan və Mohelidən olan şəxslər arasında ötürülür. 2018 konstitusiya referendumu bu sistemi sona çatdırdı və Əzəlinin səsverməni 60.7% səslə ilk turunda qazandığı 2019 Komor adaları prezident seçkilərində iştirak etməsinə icazə verdi. 2019-cu ilin aprelində postuna yenidən təyin olundu.https://oefresearch.org/news/international-elections-and-leaders-april-2019-update
2022-ci ilin may ayında Azali Assoumani Mərakeşin Komor adalarındakı səfirliyindən Afrika kubokunun Kontinental fərqlənmə mükafatını aldı.
7 avqust 2024-cü ildə Azali Assoumani oğluna və ehtimal edilən varisi Nur El Fəthə geniş səlahiyyətlər verdi və ona hökumətin qərar vermə prosesinin bir neçə mərhələsində müdaxilə etməyə imkan verdi.https://www.reuters.com/world/africa/comoros-president-grants-sweeping-new-powers-his-son-2024-08-07/|date=07 August 2024 |bot=InternetArchiveBot }}
Həmçinin bax
İstinadlar
Xarici keçidlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri