Teymur Müskənli, Teymur Müskanlı (və ya Yuxarı Müskanlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.

Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 67 evdə 311 kürd yaşayırdı.

1918 ci ildə Əsgülüm dağlıq silsiləsinin Səlk dağı sıldırımlarından Şuşa şəhəri aydın görünür və ətəyində yerləşən Teymur–Müskanlı kəndində 1918-ci ildə 70 evi, kənd qəbiristanlığını, məscidi və gümbəzi, 1850-ci ildə Bərgüşad çayı üzərində tikilmiş və Əliquluuşağı kəndinə keçid olan “Laləzar” daş körpüsünü hay silahlıları məhv etmişlər.

Tanınmış şəxsləri Qara İlyasov (1884–1928) — Çekist, ictimai xadim. Hüseyn Quliyev (1939–1985) — General-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi. Ramiz Rövşən (1946) — Azərbaycanın xalq şairi.

Şəkillər

İstinadlar

Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 463.

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Həmçinin bax Diləli Müskanlı

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri