Kazım Teymurlu () — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi

Həyatı Kazım Teymurlu Vəli oğlu 1956-cı ildə Qarabağlar kəndində anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə Qarabağlar kənd orta məktəbində alıb. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib.

Ailəsi Evlidir. Üç övladi var.

Fəaliyyəti

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1980-ci ildə fəhlə kimi başlamış, müxtəlif məsul vəzifələrdə çalışmış, 1990-cı ildə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini seçilmiş, həmin vəzifədə 1995-ci ilədək işləmişdir.1995-2006-cı illərdə AHİK sədrinin məsləhətçisi, 2006-cı ildən AHİK-in katibidir. AHİK-in Məclis üzvüdür.

Təltifləri Azərbaycan həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə 4 fevral 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalına layiq görülmüşdür. 21 oktyabr 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kateqoriya:Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının sədrləri