Əhməd İhsan Krımlı (, ; ) — həkim, siyasətçi, Krım Tatar mənşəli şair və xeyriyyəçi, Türkiyə Nazirlər Kabinetinin üzvü, dörd dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 1987–2011-ci illərdə Türkiyədəki Krım Tatar İcmasının prezidenti. Əhməd İhsan Krımlının adına ədəbi müsabiqə də keçirilir.

Tibbi turizm, termal turizm, uşaq sağlamlığı və ailə planlaşdırılması ilə bağlı elmi məqalələrin müəllifidir. Şeir və xatirələr kitabı da yazmışdır.

Həyatı Əhməd İhsan Krımlı Türkiyəyə köç edən Krım tatarlarının ailəsində anadan olub. Onun ulu babası Bağçasarayda icmanın müftisi idi.

1947-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. Londonda təcrübə keçmişdir. ABŞ-nin bir neçə xəstəxanasında həkim işləyibdi. Doktor Zuxal Çiçək Kırımlı ilə evli olud. Cütlüyün iki uşağı var idi.

Siyasi fəaliyyəti Əhməd İhsan Krımlı altı il Ədalət Partiyası sədrinin müavini olub və 1962–1976-cı illərdə partiyanın idarə heyətində də çalışıb. Siyasətçi kimi yüksək dövlət vəzifələrində çalışmış, millət vəkili olmuşdur. Krımlı 1961–1977-ci illərdə Böyük Millət Məclisinin üzvü olmuşdur. Əhməd İhsan Krımlı Türkiyənin turizm naziri vəzifəsində çalışıb. 12 sentyabr 1980-ci il çevrilişindən sonra Kənan Evrənin rəhbərliyi altında Milliyyətçi Demokratik Partiyanın qurucularından biri olub. Türkiyədə Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının üzvü, Milli Səhiyyə Komissiyasının sədri və Qızıl Aypara sədrinin müavini vəzifələrində çalışmışdır.

Xeyriyyəçilik fəaliyyəti Krım tatarlarının sürgün edilməsini öyrənəndən sonra İngiltərə və ABŞ-da bir neçə mühazirə oxuyub. 1960-cı və 1970-ci illərdə Dünya Anti-Kommunist Liqası konfranslarında çoxsaylı müzakirələrə rəhbərlik edib. 1987-ci ildə siyasi karyerasını bitirdikdən sonra ömrünü xeyriyyəçiliyə həsr etməyə başlayıb. 1987–2011-ci illərdə Türkiyədəki Krım Tatar İcmasının prezidenti, eyni zamanda Bolqarıstan, Azərbaycan və Krım Türkləri Federasiyasının prezidentidir. Əhməd İhsan Krımlının adına ədəbiyyat müsabiqəsi də vardır.

Mükafatları "Xidmətə görə" ordeni, III dərəcə (2 mart 2004-cü il, Ukrayna) — Ukrayna ilə Türkiyə Respublikası arasında humanitar sahədə əməkdaşlığın inkişafına, Krım tatarlarının Ukraynada yerləşməsində əməli kömək göstərilməsinə əhəmiyyətli şəxsi töhfəsinə görə verilmişdir. Krım Mühəndis-Pedaqoji Universitetinin fəxri professoru, 2000.

İstinadlar

Xarici keçidlər Кто такой Д-р Ахмет Ихсан Кырымлы? Türkiye'deki Kırım Türkleri Kültür ve Yardımlaşma Derneği web sitesi Ahmed İhsan Kırımlı Edebiyat Yarışması web sitesi Crimean Tatar People of Turkey Crimean Tatar National Movement Dr.Kirimli Literary Contest

Kateqoriya:TBMM XII çağırış deputatları Kateqoriya:TBMM XIII çağırış deputatları Kateqoriya:TBMM XIV çağırış deputatları Kateqoriya:TBMM XV çağırış deputatları Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Türkiyə nazirləri