thumb|450px|Parisdəki bir qrup azərbaycanlı tələbə. 1920-ci ilin əvvəlləri. Azərbaycan Xalq Cümhuriyyəti tələbələri — 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin bolşeviklər tərəfindən işğalı ilə tələbələr əsasən, 1922-ci ildən etibarən maddi problemlərlə üzləşmiş, təhsil haqqını ödəyə bilmədiyi üçün ağır işlərdə çalışmağa məcbur qalanlar, həbsxanaya düşənlər olmuşdur. Tələbələrin bir hissəsi təhsilini davam etdirməyə müyəssər olmuş, ardınca Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların arasında hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif edilənlər də olmuşdur.

Buna baxmayaraq, Azərbaycana dönmüş tələbələr ardıcıl surətdə təqib olunmuş, hətta 1930-cu illərdə onların bir qismi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır.

Tələbələrin xaricə göndərilməsi ilə bağlı qərar thumb|right|360px|Azərbaycan ordusunun əsgər və zabitləri AXC parlament binasının qarşısında. 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu, respublikanın müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu, kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənməyərək, lazımi mütəxəssislərin yetişdirilməsi, xüsusən də azərbaycanlı gənclərin ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtarırdı. Ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlıların Avropa universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın əldə etdiyi nailiyyətləri sadalayaraq qeyd etmişdi:

Parlamentin qərarı 1919-cu il iyulun 23-də qəzet oxuculara bildirir ki, Bakıda Vəkilllər şurasının qərarı ilə korlar məktəbi açılacaqdır. "Tələbələr haqqında" sərlövhəli xəbərdə isə yazılmışdı:Azərbaycan qəzeti, 23 iyul 1919 buraxılışı

1919-cu ilin yayında Respublika Maarif Nazirliyi 1919/20-ci tədris ilində hər birinin saxlanması üçün 100 tələbənin xaricə göndərilməsi üçün 36,5 min rubl məbləğində 4 milyon rubl ayrılması haqqında qanun layihəsi təqdim etdi. Xarici universitetlərin məzunları təhsillərini başa vurduqdan sonra ən azı iki il Azərbaycanda dövlət qulluğunda işləməli idilər. Dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra dörd il hökumətin təyinatında işləməli idilər.

1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti qərar verdi:

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət büdcəsindən yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülsün, dövlət təqaüdündən istifadə edən tələbələr, hökumətin tələb etdiyi yerlərdə təhsillərinin sonunda dörd il xidmət etməlidirlər.

Bununla bağlı parlamentdə qeyd edilmişdi:

Təşkilati məsələlər Hələ 1919-cu ilin yayında bu qanun layihəsi müzakirə edilərkən, imkanlı ailələrdən olan tələbələrin xaricə göndərilməsi ilə bağlı parlament fraksiyaları arasında ziddiyyətlər var idi. Parlamentin bir çox deputatlarının fikrincə, tələbələrin tərkibi əsasən kasıb təbəqənin nümayəndələri olmalı, imkanlı vətəndaşların oğulları isə gedib öz vəsaitləri hesabına oxumalı idilər. Seçim əhalinin müxtəlif təbəqələri arasında aparılırdı, onun əsas meyarı yalnız gənc respublika vətəndaşlarının istedadlı olması idi. Vətənə qayıtdıqdan sonra NKVD tərəfindən repressiyaya məruz qalan seçilmiş tələbələrdən biri belə xatırlayırdı:

Nəticədə "həm varlılar, həm də aztəminatlılar" oxumağa göndərilirdi.

1919-cu il sentyabrın 15-də xaricə gedən tələbələr üçün dövlət təqaüdü məsələsi ilə bağlı parlament iclası keçirildi. İclasda Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev, Aygül xanım Usubbəyova, Behbud xan Cavanşir, Nemətulla bəy Şahtaxtınski, Səməndər Axundov və AXC XİN nümayəndəsi iştirak edirdi. İclasda iştirak edənlərdən biri də Bakı Müsəlman Tələbələr Komitəsinin rəhbəri Məmmədqulu Hacınski idi.

Təbələrin göndərilməsini və yerləşdirilməsini təşkil etmək üçün komissiya yaradıldı. Hətta parlamentin tələbələri oxumaq üçün xaricə göndərilməsi üçün qərar qəbul etməsindən əvvəl parlamentin Əhrar və İttihad fraksiyaları tarix, ədəbiyyat, təbiət elmləri, fizika və riyaziyyat fənnləri üzrə oxumaq üçün xaricə tələbələrin göndərilməsini və geri döndükdən sonra onlardan orta məktəb müəllimi kimi yararlanılmasını təklif etmişdi. Təbələr gönfərilərkən ixtisaslar üzrə bu cür bölünmüşdü: təbiət elmləri – 8, tibb – 8, mədənçilik – 7, mexanika – 11, kimya – 3, elektrik mühəndisliyi – 8, memarlıq – 4, aviasiya – 2, kənd təsərrüfatı – 3, iqtisadiyyat – 5, tarix və filologiya – 5, fəlsəfə – 7, hüquq elmləri – 6, siyasi elmlər – 3. Həmin vaxta qədər komissiyaya 280 müraciət daxil olmuşdu. Seçimdə Azərbaycan dilini (o vaxtkı terminologiyada türk dilini) və tələbənin göndərildiyi ölkənin dilini bilənlərə, yüksək balla attestatları olanlara, həmçinin yoxsul təbəqəyə aid olanlara üstünlük verilirdi.

Tələbələrin xaricə getməsi thumb|right|220px|Tələbələrin xaricə göndərilməsinin təşkili komissiyasının sədri Teymur bəy Aslanov.

Son hazırlıqlar Xaricə göndərilənlər göndərişin təşkilində komissiyaya kömək etmək üçün 5 nəfərdən ibarət büro seçdilər. Teymur Aslanov komissiyanın sədri seçildi, o, Şahtaxtinski ilə birlikdə lazımi vəsiqələri almaq üçün Tiflisə və Batumiyə getdi. Təbələrin təminatı üçün büro AXC Ticarət və Maliyyə Nazirliyinin qarşısında vəsatət qaldırmış və hər bir tələbəyə 2 min rubl pul məbləğində 40 arşın (28.4 metr) kətanın, iki cüt çarşağın, iki cüt dəsmalın və yarım düz yaylıq verilməsini tələb etmişdir. Tələblər içində çay və şəkər də var idi. Maliyyə və Ticarət Nazirliyi bu vəsatəti təmin etmişdir.

Beləliklə, 1919-cu il dekabrın 12-də komissiya 100 nəfərin dövlət təqaüdçüləri siyahısına daxil edilməsi haqqında qərar qəbul etdi. İnflyasiya ilə əlaqədar olaraq 400 frank əvəzinə 500 frank, həmçinin formaların alınması üçün 200 frank verilməsi qərara alındı. Maliyyə Nazirliyi oxumaq üçün xaricə yollanan hər bir tələbəyə 2600 frank pul verdi.

Tələbələrin gedişi Tələbələrin ilk qrupu 14 yanvar 1920-ci ildə qatarla Bakıdan yola salındılar. Parlamentin bəzi üzvləri onları yola salmaq üçün gəlmişdi. Bunlara Məhəmməd Əmin Rəsulzadə, İbrahim Əbilov, Səməd bəy Ağamalıoğlu, Aslan bəy Səfikürdski, Abbasqulu Kazımzadə, Əhməd bəy Pepinov daxil idi. Rəsulzadə Müsavat Partiyası adından, Əbilov Sosial Demokrat Partiyası adından, Səfikürdski Xalqçı Sosial İnqilabçılar adından vida nitqi söylədilər. Həmçinin Səməd bəy də, Piri Mürsəlzadə də, Abbasqulu Kazımzadə də vida mərasimində çıxış edənlər sırasında idilər. Nitqlə çıxış edənlər ümumi şəkildə xaricə yollananlara uğur arzulamaq və yaxşı təhsil almağı tapşırmaqla birlikdə, onlardan geri döndükdən sonra xaricdə öyrəndiklərini yaxşı mütəxəssisə ehtiyac duyan öz vətənlərində də tətbiq etməyi gözlədiklərini bildirirdilər. Kənd Təsərrüfatı naziri Əhməd bəy Pepinov hökumət adından danışaraq tələbələri əmin etdi ki, hökumət xaricdə təhsil almaq üçün tələb olunan heç bir xərci dayandırmayacaq.

Bundan sonra tələbələr bəzədilmiş və qapıları üzərinə Azərbaycan bayraqları düzülmüş qatar vaqonlarına təmtəraqlı şəkildə mindirilirlər. Onların yola salınması mərasimi şən şəraitdə təşkil edilmiş və Seygah muğamı sədaları altında həyata keçirilmişdir. Vaqon hərəkət etməyə başladığı zaman isə hər bir kəs "Yaşasın Azərbaycan" qışqırmağa başlamışdır.

Qatarın yol boyu durmalı olduğu stansiyalarda – Kürdəmirdə, Hacıqabulda, Yevlaxda, Gəncədə və digər qəsəbələrdə insanlar qatarı mərasimlə qarşılamış və xaricə yollanan tələbələrə uğurlar arzulamışdır. Tələbələr Tiflisə çatdıqdan sonra onlara Batumiyə getmək üçün xüsusi vaqon verilmişdir. Batumidən İstanbula gələn azərbaycanlı tələbələrə buradakı Azərbaycan səfirliyi tərəfindən ziyafət verilmişdir. İstanbuldan çıxan tələbələr Romaya yollanmış və onları burada Gürcüstan səfirliyinin işçiləri qarşılamışdır. Nəhayət, səyahətin sonu olaraq 11 fevral 1920-ci ildə 78 tələbə Parisin Lyon vağzalına gəlmişdir. Digər tələbələr isə təhsil almaq üçün Rusiya və Türkiyəyə göndərilmişdi.

Təhsil illəri thumb|left|280px|Əlimərdan bəy Topçubaşov Parisdə (1920-ci illər).

Xaricdə ilk aylar Tələbələrin yolu Bakı-Batumi-İstanbul-Trento-Roma-Paris-Bazel-Berlin marşrutu üzrə keçib, lakin arxiv materiallarında abituriyentlərin səyahətinin planlaşdırıldığı ölkələrin siyahısı ziddiyyət təşkil edir. Belə ki, 1919-cu ilin mənbələrinə görə (gedməzdən əvvəl) parlament 100 abituriyentin xaricə oxumağa göndərilməsi haqqında qanun qəbul etmişdi. 10 tələbənin İngiltərəyə, 23 tələbənin İtaliyaya, 45 tələbənin Fransaya, 9 tələbənin Türkiyəyə və 13 tələbənin Rusiyaya göndərilməsi planlanmışdı, lakin 1930-cu illərdə həbs edilən Almaniya universitetlərinin keçmiş məzunlarının dindirilməsinin qeydləri göstərir ki, tələbələrin təhsil aldıqları ölkələr sırasında Rusiya və Böyük Britaniya yoxdur. Onların bir çoxuna "Müsavat hökumətinin göndərdiyi tələbələr hansı ölkələrdə və neçə nəfər olmaqla oxuyub" sualı verilib. Rusiya və Böyük Britaniyadan başqa, tamamilə hamı yuxarıda sadalanan ölkələrin adını çəkmişdir. Dindirmə protokollarından belə çıxır ki, dövlətlər üzrə insanların sayı belədir: Türkiyədə 10 nəfər, İtaliyada 20 nəfər, Fransada 20 nəfər, Almaniyada 50 nəfər.

Müvafiq sənədlərin icrasını Fransada abituriyentləri qəbul edən Əlimərdan bəy Topçubaşov təşkil edib. Bundan sonra tələbələrin bir hissəsi Fransanın ali təhsil müəssisələrinə paylanıb, qalanları isə Almaniyaya gedib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən xaricə təhsil almağa göndərilənlərin yarıdan çoxu Berlinə gəldi. Belə ki, NKVD-də dindirilərkən AXC-in nümayəndələrindən biri olan Əşrəf Əliyev demişdi:

1920-ci il fevralın 29-da Xalq Maarif Nazirliyi Azərbaycan Cümhuriyyətinin İstanbuldakı diplomatik nümayəndəsinə əlavə olaraq 25.200 frank, həmçinin Parisdə sülh konfransında Azərbaycan nümayəndə heyətinin sədri olan Əlimərdan bəy Topçubaşova 172.732 frank göndərdi. Əlimərdan bəy bu göndərilnə pulla 1920-ci ilin sentyabr ayının birinə qədər tələbələrin təqaüdünü qarşılamalı idi. Tələbələrin Parisə çatmasından qısa müddət sonra Əlimərdan Bakıdakı hökumətə tələbələrin Avropaya, daha dəqiq desək, Parisə çatması barədə məlumat göndərdi. Lakin Avropadakı tələbələrin vəziyyəti heç də yaxşı deyildi. Təqaüd az olduğundan və çox zaman da vaxtında verilmədiyindən tələbələr maddi ehtiyaclarını tam qarşılaya bilmir və işləməyə məcbur olurdular, lakin maddi çətinliklərə baxmayaraq xaricə göndərilən tələbələrin bir çoxu təhsil kursunu müvəffəqiyyətlə başa vuraraq ixtisaslı mütəxəssis kimi Vətənə qayıtdılar.

Almaniyaya göndərilmiş azərbaycanlı tələbələr elə ilk dönəmdən etibarən öz təşkilatlarını qurdular. Bu təşkilatın mərkəzi Berlində yerləşsə də, Darmştadt, Frayburq, Leypsiq və s. kimi şəhərlərdə filialları mövcud idi. Təşkilatın adı isə "Almaniya Azərbaycanlı Tələbələr İttifaqı" idi.

AXC-nin süqutundan sonra thumb|right|300px|Fransada təhsil alan tələbələrdən bir qrup.