Qaratəpə (; ) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi. Obyekt Ceyhan çayının sağ sahilindəki Tavr dağlarında yerləşir. Ərazi Qaratəpə-Aslandaş Milli Parkı daxilindədir.
Tarix Bura Şərqi Anadoludan şimali Suriya düzənliyinə qədərki keçidi idarə edən qədim Kilikiya şəhəri idi. Şəhər ramızdan əvvəl 12-ci əsrin sonlarında Hett imperiyasının süqutundan sonra mühüm Neo-Hett mərkəzi olmuşdur. Ərazidə aşkarlanan tapıtılar arasında nəhəng tarixi lövhələr, heykəllər, ovçuluq və döyüş səhnələri təsvir olunmuş relyefi olan iki abidə qapısı və avarlı qayıq var.
Qaratəpə yazısı thumb|KaratepeNVl6-8 Finikiya və Luvi dilində yazılmış e.ə. səkkizinci əsrə aid iki dilli kitabədə Adana krallarının Luvi dilində mu-ka-sa- (tez-tez "Moxos" olaraq göstərilmişdir), finikiya dilində isə mpš - Mopsos olaraq qeyd edilmiş "Mopsos evi"ndəki fəaliyyətləri əks olunmuşdur. Kitabə əvvəlcə finikiya dilində yazılmış, daha sonra isə luvi hiyeroqlifinə tərcümə edilmişdir. Rozetta daşı kimi bu yazı da arxeoloqlara müvafiq qliflərin şifrəsini açmaq üçün köməklik etmişdir.Cyrus H. Gordon, Azitawadd's Phoenician Inscription, Journal of Near Eastern Studies, vol. 8, No. 2, pp. 108–115, 1949R. D. Barnett, Karatepe, the Key to the Hittite Hieroglyphs, Anatolian Studies, vol. 3, pp. 53–95, 1953J. D. Hawkins and A. Morpurgo Davies, On the Problems of Karatepe: The Hieroglyphic Text, Anatolian Studies, vol. 28, pp. 103–119, 1978
Yazıda qeyd olunana görə, onun müəllifi həm də şəhərin hökmdarı olan Azativadadır (və ya Azativata). O, özünün qədim Kue krallığı olan Adanava (Adana) kralı Avarikuna tabe olduğunu etiraf edirdi. Kitabəyə görə, Azativanın Adanavanın sərhəd qəsəbələrindən biri olduğu görünür.Yakubovich, 50Trevor Bryce, The World of The Neo-Hittite Kingdoms: A Political and Military History. Oxford University Press, 2012
Troya nəzəriyyəsi Yazıçı və tərcüməçi Raul Skrott Qaratəpədəki qala və ətrafındadakı mənzərənin Homerin İliadasındakı Troya təsvirlərinə əhəmiyyətli dərəcədə bənzədiyini qeyd etmişdir.http://www.zdf.de/ZDFmediathek/#/beitrag/video/951028/Der-Fall-Troia/
Arxeologiya 1946-cı ildə kəşf edilmiş Qaratəpədə 1947-1957-ci illərdə Helmut Teodor Bossertin (1889-1961) rəhbərlik etdiyi bir qrup tərəfindən qazıntı işləri aparılmış və kral Azativatasın istehkam şəhərinin dağıntıları aşkarlanmışdır.Halet Çambel, Karatepe: An Archeological Introduction to a Recently Discovered Hittite Site in Southern Anatolia, Oriens, vol. 1, no. 2, pp. 147–162, 1948Helmuth Theodor Bossert, Karatepe kazilari (birinci ön-rapor) Die Ausgrabungen auf dem Karatepe (erster Vorbericht), Türk Tarih Kurumu Basimevi, 1950 Sonrakı bərpa işləri uzun illər boyu davam etmişdir. 1990-cı illərin sonlarında ərazidəki sarayda Halet Çambelin (1916–2014) rəhbə
rliyi ilə arxeoloji işlər aparılmışdır.Halet Çambel and Asli Özyar, Karatepe-Aslantas, azatiwataya, die bildwerke, Verlag Philipp von Zabern, 2003,
Azativatas hökmranlığının tarixləri eramızdan əvvəl 8-ci əsrin əvvəllərindən 7-ci əsrin əvvəllərinə qədər dəyişir.Irene J. Winter, On the Problems of Karatepe: The Reliefs and Their Context, Anatolian Studies, vol. 29, pp. 115–151, 1979David Ussishkin, The Date of the Neo-Hittite Enclosure in Karatepe, Anatolian Studies, vol. 19, pp. 121–137, 1969
Əşyalar bu gün Qaratepe-Aslandaş Milli Parkının bir hissəsi olan Qaratepe-Aslandaş Açıq Hava Muzeyində sərgilənir.
Həmçinin bax
Aizanoi Türkiyədə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
İstinadlar
Kateqoriya:Türkiyədəki arxeoloji abidələr Kateqoriya:Luvilər Kateqoriya:Het dövləti