Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun Nabur kənd inzibati ərazi dairəsində kənd.
Tarixi mənbələrdə Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır.
Etimologiyası Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb. Bakı. 2007. səh.427
Əhalisi Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır.
Din Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Həmçinin bax Nabur bələdiyyəsi Qobustan rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qobustan rayonunun kəndləri