Hörümçək-adam — 1977-ci ildə televiziya üçün hazırlanmış ABŞ istehsalı superqəhrəman filmi. Filmin ABŞ-dən kənar nümayişləri olmuşdur və bunlar 1978-ci ildə istehsal olunan Heyrətamiz Hörümçək-adam teleserialının pilot seriyası kimi xidmət göstərirdi. Filmin rejissoru İ. U. Suokhemr, ssenaristi isə Elvin Boretzdir. Baş rol Nikolas Hemmonda məxsusdur. Digər obrazlara həyat verənlər isə Devid Uayt, Maykl Peteki, Ceff Dunill və Teyr Deviddir.

Film Columbia Pictures-in ilk Hörümçək-adam filmidir. Davamında isə, Hörümçək-adam: Geri Qayıdır və Hörümçək-adam: Əjdaha Çağırışı filmləri istehsal olunmuşdur.

Məzmun Piter Parker (Nikolas Hemmond), Daily Bugle-də işləyən bir fotoqrafdır. O radioaktiv bir hörümçək tərəfindən dişləndikdən sonra, özündə yeni super-güclər kəşf edir. Quru (Teyr Devid) insanları ağılla idarə edərək yerləşdirərkən, bankları qarət edəcəyini və 50 milyon dollar ödəmədiyi təqdirdə on Nyu-Yorkluya intihar əmri verəcəyinə söz vermək üzrə onları qorxudur. Piter isə fırıldaqçının bu planlarını dayandırmaq üzrə Hörümçək-adama çevrilir. İşlər pis gedir çünki, cani Hörümçək-adam binadan-binaya hoppanaraq onun komandasını pusarkən, o və onun dostu Cudini on nəfərdən biri olaraq hipnoz edir, lakin şanslı Piter hipnozun təsirindən çıxır və öz istiqamətində Qurunu dayandırır.The Encyclopedia of Superheroes on Film and Television, 2d ed. page 41

Rollarda Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt – Cey Cona Ceymson Maykl Peteki – Kapitan Barbera Hilli Hiks – Coy "Robbi" Robertzon Liza Elbekr – Cudi Taylr Ceff Dunill – Mey Parker Robert Hestinqs – Munahan İvor Frenzis – Professor Noh Taylr Tayer Devid – Eduard Bayron

İstehsal Hörümçək-adamın binaların üzərinə hoppandığı və divarlara dırmaşdığı səhnələr kompleks qurğular və binaların arasında gizlənmiş kabellər vasitəsilə qeydə alındı. Dublyor qaldıracaqları kaskadyor Fred Uoqhu tavana qaldırdı və sonra telin təzyiqi onu yuxarı çəkərkən, sürüşmə yolu ilə koridorda gəzməyə başladı.Mangels, Andy (October 2010). "Spinning the Story of the Amazing Spider-Man". Back Issue!. TwoMorrows Publishing (44): 44–48. Hörümçək-adamın binadan-binaya hoppandığı səhnə son dərəcə təhlükəli və ağır büdcə tələb edən səhnə idi və bu səhnənin çəkilişinə iki gün sərf olundu; bu kadrları təkrar yaratmağ üçün, çoxölçülü kameralardan istifadə olundu və əldə olunan görüntülər bir sonrakı teleserial üçün istifadə olundu.Moore, Trent (May 24, 2017). "The original, 1977 Spider-Man movie suit is hitting the auction block". SYFY WIRE

Yayım və nəşrlər Filmin premyerası, 14 sentyabr 1977-ci ildə CBS-də nümayiş olundu. Film 30 paylaşımla 17.8 reytinq aldı və bütöv bir vaxtda CBS istehsalında ən yüksək çıxışlarından birini etdi. Film xaricdə nəşr olundu və Columbia Pictures tərəfindən paylandı. Xüsusilə də Böyük Britaniyada, Hörümçək-adam müstəqil nəşr kimi qəbul olundu və Sinbed və Pələngin Gözü kimi ikiqat hesab üzərinə ilk film kimi yenidən nəşr olundu. Film ilk dəfə 1980-ci ildə VHS / Laserdisc-də nəşr olundu."Awfully Good: The Amazing Spider-Man (1977)". www.joblo.com. April 30, 2014.DeCandido, Keith R. A. (August 24, 2017). "With Great Power Comes Great Boredom — Spider-Man (1977) and Dr. Strange (1978)". Tor.com."The 6 Weirdest Versions of SPIDER-MAN We've Ever Seen on Screen". Nerdist."Every Spider-Man Movie Ever, Ranked". CBR. July 16, 2017. Archived from the original on 2018-07-19.

Filmin davamında Hörümçək-adam: Geri Qayıdır filmi, 21 dekabr 1978-ci ildə Avropa kinoteatrlarıda nümayiş olunan, Heyrətamiz Hörümçək-adam serialının "Ölümcül toz" adlı seriyasının bir kompozisiyasıdır. Bundan sonra, Hörümçək-adam: Əjdaha Çağırışı adlı ikinci film Avstraliya və Avropada nəşr olunmuşdur.

İstinadlar

Xarici Keçidlər

Kateqoriya:ABŞ-nin videofilmləri Kateqoriya:ABŞ-nin televiziya filmləri Kateqoriya:Hörümçək-adam filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:1977-ci ilin filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Teleseriallara əsaslanan filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri