Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman), həmçinin Yapon Hörümçək-adam kimi tanınır — Marvel Comics-in məşhur personajı Hörümçək-adama əsaslanan Yaponiya istehsalı film. Film Hörümçək-adam Yaponiya teleserialından bir spin-offdur. İlk dəfə 1978-ci ildə Yaponiyada yayımlanmışdır.Baseel, Casey (May 15, 2014). "Japan had its very own version of Spider-Man in the '70s, and of course it included a giant robot". RocketNews24.
Süjet Film 10-cu ("Alovlu Cəhənnəmə: İlan qadının göz yaşlarına baxır") və 11-ci ("Professor Bədheybətin Ultra Zəhəri") seriyalarda cərəyan edir.
Dəmir Xaç Ordusu, ağızından torpedalar vurmaq qabiliyyətinə malik olan yarı mexaniki antropomorf qılıncı olan Dəniz-şeytanı adlı canavarının köməyi ilə neft tankerlərinə sabotaj edir. Hörümçək-adam, Dəmir Xaç Ordusunu dayandırmaq üçün interpol agenti Cüzo Mamiyanın köməyindən istifadə edir. Hörümçək-adam Marvellerdən istifadə edərək partladıcı raketlərlə sənaye mərkəzini partladan Dəniz-şeytanını dayandırır. Sonra bədheybətin yaradıcısı bir nəhəng yaradır və Hörümçək-adam Marveller vasitəsilə bədheybətlə mübarizə aparmaq üçün nəhəng mexanikə çevrilir, sonra Hörümçək-adam Dəniz-şeytanını parçalamağ üçün nəhəng qılıncdan istifadə edir.
Kastinq Hörümçək-adam (Takuya Yamaşiro) — Şinci Todo Cüzo Mamiya — Noboru Nakaya
İstehsal Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film Cüzo Mamiyanın ilk çıxışı idi, hansı ki o serialın digər üç seriyasında rol canlandırmışdır.Summers, Brett (December 23, 2014). "CULT TV ESSENTIALS: SPIDER-MAN (TOEI)". CULT TV. cultfaction.com. Film serialın epizodları ilə eyni uzunluqdadır, amma geniş ekranda çəkilmişdir."SUPER SENTAI SPIDER-MAN!". lasertimepodcast.com. June 29, 2012.
Filmdəki kaskadyorlar Japon Action Club (JAC) ifaçı akrobatları və xoreoqraflardır.McEniry, Matthew J. (2016). Marvel Comics into Film: Essays on Adaptations Since the 1940s. McFarland. pp. 92–94. ISBN 978-0786443048.
Nəşr Filmin premyerası 22 iyul 1978-ci ildə Toei Manga Matsuri film festivalında nümayiş olunmuşdur, həmçinin film amerikalıların yaşamadığı bəzi bölgələrdə göstərilmişdir.Character-Based Film Series Part 3; page 177 Serialın qalan hissəsi kimi, filmin də yayımı 2009-cu ildən Marvelin rəsmi saytında əlçatan olmuşdur. Film bu vebsaytında "0 seriya" kimi siyahıya alınmışdır. Film və seriyalar sonradan saytdan endirilmişdir.
İstinadlar
Xarici Keçidlər
Brayn Maykl Bendisdən film haqqında post.
Kateqoriya:Kaycu Kateqoriya:Yaponca filmlər Kateqoriya:Hörümçək-adam filmləri Kateqoriya:1978-ci ilin filmləri Kateqoriya:Yaponiyanın döyüş filmləri Kateqoriya:Teleseriallara əsaslanan filmlər