2010-cu illər

2010 26 may 2010-cu il

Elm sahəsi üzrə

"Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" elmi nəşrlər silsiləsinə görə:

Adil Abas Əli oğlu Əliyev — Dövlət Mükafatının ilk laureatı (№ 001) Elmira Hacı Murad qızı Əliyeva Fərid Həsən oğlu Dadaşov Əkpər Əkpər oğlu Feyzullayev İbrahim Səid oğlu Quliyev

Mədəniyyət sahəsi üzrə Alim Həmzə oğlu Qasımov — ifaçılıq fəaliyyətinə görə

Ədəbiyyat sahəsi üzrə

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə:

Bəkir Əhməd oğlu Nəbiyev Məhərrəm Paşa oğlu Qasımlı Teymur Həşim oğlu Kərimov Vilayət Muxtar oğlu Quliyev Nikpur Mirhüseyn oğlu Cabbarlı Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə

2012 25 may 2012-ci il

Elm sahəsi üzrəQarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə:

Yaqub Mikayıl oğlu Mahmudov Kərim Kərəm oğlu Şükürov Tofiq Teyyub oğlu Mustafazadə Süleyman Abbas oğlu Məmmədov Güntəkin Cəmil qızı Nəcəfli Nazim Yusif oğlu Mustafayev Göhər Nağı qızı Məmmədova Hacı Nuru oğlu Həsənov İsrafil Süleyman oğlu Məmmədov Vidadi Umud oğlu Umudlu Səidə Müzəffər qızı Hacıyeva İradə Malik qızı Məmmədova Nigar Rövşən qızı Gözəlova

2014 26 may 2014-cü il

Elm sahəsi üzrə Tofiq Murtuza oğlu Nağıyev — "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

Mədəniyyət sahəsi üzrə Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə — Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Ramiz Eyyub oğlu Quliyev — konsert-ifaçılıq fəaliyyətinə görə

Ədəbiyyat sahəsi üzrə Elmira Hüseyn qızı Axundova — "Heydər Əliyev. Şəxsiyyət və zaman" altı cildlik sənədli-bioqrafik kitabına görə

2016 26 may 2016-cı il

Elm sahəsi üzrə

"Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə: Ramiz Mahmud oğlu Məmmədov Elbrus Kərim oğlu Əlizadə Məhərrəm Səməd oğlu Həsənov Zakir Namin oğlu Eminov

Ədəbiyyat sahəsi üzrə Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) — "Seçilmiş əsərləri" oncildlik kitabına görə

2018 2018-ci il üçün Dövlət Mükafatı verilməyib.

2020-ci illər

2020 22 may 2020-ci il

Elm sahəsi üzrə

Materiyanın yeni kvant halı — antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri" mövzusunda elmi məqalələr toplusuna görə: Nazim Timur oğlu Məmmədov İmaməddin Rəcəbəli oğlu Əmiraslanov Nadir Allahverdi oğlu Abdullayev Ziya Saxavəddin oğlu Əliyev

2022 2022-ci il üçün Dövlət Mükafatı verilməyib.

2024 27 may 2024-cü il

Texnika sahəsi üzrə"Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" kompleks elmi-texniki işinə görə: Vaqif Məcid oğlu Fərzəliyev Həqiqət Əliəşrəf qızı Cavadova Əfsun Rəzzaq oğlu Sucayev

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə — ''Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası fəxri adlarının siyahıları