Mil-Muğan iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonları daxildir.
Tarix 1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi Aran iqtisadi rayonunun (indiki Mərkəzi Aran iqtisadi rayonu) bir hissəsi idi.
Mil-Muğan iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.
Coğrafiyası İqtisadi rayon şimaldan Mərkəzi Aran iqtisadi rayonu, qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu və İran İslam respublikası ilə həmsərhəddir. İqtisadi rayonun relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 5,670 min km², əhalisi 513,77 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 6,4%-ni, əhalisinin isə 5,0%-ni təşkil edir. Əhalisinin etnik tərtibinin demək olar ki, hamısı Azərbaycan türklərindən ibarətdir.
İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadi rayonları