Suharto (, ; d. 8 iyun 1921, Kemusuk – ö. 27 yanvar 2008, Cakarta, İndoneziya) — İndoneziyanın keçmiş prezidenti
Həyatı Məhəmməd Suharto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. Bankda kontor xidmətçisi işləyib. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirilyinə yüksəlib. Dörd il sonra isə ona general-mayor rütbəsi verilib. Sukarnonun prezidentliyi dövrünün (1963-1965) son illərində Suhartoya İndoneziya ordusunun strateji komandirliyi tapşırılıb.
1966-cı ilin mart ayında tələbələrin Kommunist Partiyası əleyhinə keçirdiyi nümayişlərdən istifadə edən Suharto hakimiyyətə rəhbərliyi üzərinə götürüb.
1967-ci ilin mart ayında prezident səlahiyyətlərini icra etməyə başlayıb, bir il sonra mart ayında prezident seçilib. Bundan sonra 1973, 1978, 1983, 1988, 1993 və 1998-ci illərdə həmin vəzifəyə seçilib. Onun prezidentliyi illərində İndoneziyada avtoritar bir rejim yaradılıb.
1998-ci ildə Cənub-Şərqi Asiyada, o cümlədən İndoneziyada kəskin maliyyə böhranı yaranandan sonra Cakartada və ölkənin digər şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb. Suharto məhz bu aksiyalar nəticəsində həmin ilin mayında istefa verməyə məcbur olub.
Xarici keçidlər
Kateqoriya:İndoneziya prezidentləri Kateqoriya:Cakartada vəfat edənlər Kateqoriya:Yavalılar Kateqoriya:Ağciyər xəstəliklərindən vəfat edənlər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İndoneziyanın milli qəhrəmanları