Kayli Enn Minouq, AO, OBE ( , eyni zamanda mononim kimi Kylie; ) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisa. Yenilikçiliyi ilə seçilən o, eyni zamanda kommersiya uğuruna görə Avstraliyanın məşhur ifaçıları arasında yer alır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar.
Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı. Onun ikinci diski kommersiya gözləntilərini doğrultmadı və musiqi tənqidçilərindən qarışıq rəylər aldı, lakin sonradan rəyçilər bu albomu müğənninin ən yaxşı və ən xüsusi əsəri adlandırdılar. Meynstrim ümumi rəqs pop musiqisinə qayıdan Minouq Parlophone ilə müqavilə imzaladı. 2000-ci ildə o, Light Years albomunu buraxdı. 2001-ci ildə buraxdığı Fever albomu ilə müğənni əvvəllər az tanındığı ABŞ da daxil olmaqla dünyanın bir çox ölkələrində məşhurluq qazandı. Diskin ilk sinqlı "Can't Get You Out Of My Head" 2000-ci illərdə dünyada beş milyondan çox nüsxə ilə satılmaqla ən çox satılanlardan biri oldu. Mahnı müğənninin vizit kartına çevrildi . Növbəti albomlarda Minouq müxtəlif janrları sınaqdan keçirdi. Sonradan "Slow ", "2 Hearts" və " All Lovers " sinqlları Avstraliya və Britaniyada ilk onluğa daxil oldular.
Kayli Minouq 1989-cu ildə kinoda debüt etdi, 1994-cü ildə isə "Street Fighter " filmində əsas rolu oynadı. Minouq daha sonra Moulin Rouge, "Jack və Diana" və "Sacred Motors Corporation" filmlərində rol aldı. 2014-cü ildə müğənni The Voice UK və The Voice Australia istedad yarışmalarında münsiflər heyətinin üzvü olaraq iştirak etdi.
2005-ci ildə qastrol səyahətində olarkən müğənniyə döş xərçəngi diaqnozu qoyuldu. Sağaldıqdan sonra Minouq bu xəstəliyin qarşısının alınmasını təşviq etmək üçün xeyriyyə aksiyalarında və kampaniyalarda fəal iştirak etdi, bu fəaliyyətlərinə görə tibb üzrə fəxri doktoru adına layiq görüldü.
2008-ci ildə Minouq musiqi sənətində göstərdiyi xidmətlərə görə Şahzadə Çarlz tərəfindən Britaniya İmperiyası Ordenini və Fransa mədəniyyətinə verdiyi töhfələrə görə Fransa Hökumətindən İncəsənət və Ədəbiyyat Ordenini aldı.
Kayli Minouqun mahnıları dünyada 70 milyondan çox nüsxədə satılıb.
Bioqrafiya
1968–1985: Uşaqlığı və erkən karyerası Kayli 28 may 1968-ci ildə Melburnda Ronald Çarlz Minouq və Kerol Enn Cons ailəsində anadan olub. Atası İrlandiyalı və beşinci nəsil Avstraliyalı, anası isə əslən Uelsdən olub . Kerol Enn balerina peşəsini seçdi, Ronald isə qızının doğulmasından bir qədər əvvəl mühasib kimi təhsil aldı və ixtisası üzrə çalışdı . Gənc ailənin maddi çətinliyi onu tez-tez köçməyə məcbur edirdi ki, bu da Kaylini çox narahat edirdi. İkinci qızları Denninin dünyaya gəlməsindən sonra ailə Cənubi Okliyə köçdü və burada Ronald bir avtomobil şirkətində mühasib, Kerol isə yerli xəstəxanada bufet işçisi olaraq işə düzəldi. Kaylinin məktəb illəri Melburnun ətrafındakı Surrer Hillz şəhərində keçib. Müsahibələrinin birində müğənni təsviri incəsənət, qrafika və ingilis dili fənlərini ən çox sevdiyi məktəb fənləri olduğunu demişdi . Yeniyetmə ikən dostluq etməkdə çətinlik çəkdiyini , "çox təvazökar" olduğunu və "orta səviyyəli zəkaya" malik olduğunu etiraf edib.
Uşaqlıq illərində Kayli və bacısı mahnı və rəqs dərsləri aldılar, həmçinin skripka və fortepiano çalmağı öyrəndilər. İlk dəfə yerli incəsənət festivalında çıxış etdi, burada "Run Rabbit Run" mahnısını fortepianoda ifa etdi və ikinci yeri tutdu.
1979-cu ildə Kaylinin on yaşı olanda anası televiziya serialı üçün hazırlıq keçirildiyini öyrənib və hər iki qızını ora göndərib. Denni rol üçün çox gənc idi və prodüser Alan Hardi şou üçün Kaylini seçir. Serialda Kayli İkinci Dünya müharibəsi zamanı Avstraliya əsgərləri ilə dostluq edən Hollandiyalı yetim qaçqın Karla rolunu oynadı. Bunun üçün holland aksentini təqlid etməli oldu.
1980-ci ildə Kayli "Aviatrassa" serialının bölümlərindən birində rol aldı və 1985-ci ildə "Henderson Uşaqları" televiziya serialında əsas rollardan birini oynadı. Bu serialın çəkilişləri zamanı aktrisa Nadin Qarner o vaxt Minouqun olduqca "həssas" olduğunu və tez-tez çəkiliş meydançasında ağladığını deyirdi: prodüserlər sözləri hər dəfə unutduqda ona qışqırırdılar. Kayli özü şou -biznesdə irəliləmək üçün müstəqilliyə ehtiyac olduğuna inanırdı, buna görə də çəkiliş naminə məktəbdə hətta dərsləri də buraxırdı, bu isə onun anasını narazı salırdı. İkinci mövsümdə Alan Hardi Minouq personajını serialdan çıxarmağa qərar verdi, sonralar bu qərarın "onun xeyrinə olduğunu" söylədi. Kayli kinodakı fasilədən musiqidə özünü tanıtmaq üçün istifadə etdi və kinodan əldə etdiyi qonorarla həftəlik musiqi proqramı Young Talent Time üçün demo yazdı. Kayli həmçinin 1986-cı ildə bu proqramda iştirak etdi və Denni ilə birlikdə mahnı ifa edir, ancaq bir müddət əsas heyətə daxil ola bilmir və kiçik bacısının kölgəsində qalır.
1986–1989: "Qonşular", Kylie və Zövq Al 1986-cı ilin aprelində Kayli Minouq Qonşular televiziya serialında məktəbli qız rolunu oynayır. Bu serial Britaniyada böyük uğur qazandı. BBC News və Kaylinin ən populyar personajlardan biri olduğunu qeyd etdi və onu Avstraliya televiziyasında ən sevimli və yaddaqalan personajlardan biri adlandırdı. Minouq bir ildə dörd dəfə mükafatına layiq görüldü və mükafatına layiq görülmüş ən gənc aktrisa oldu.
Elə həmin il xeyriyyə konsertində "Qonşular" serialının aktyoru Con Uoters ilə birlikdə " I Got You Babe " mahnısını duet oxudu və Little Willowun " The Loco-Motion" mahnısını solo ifa etdi. Onun ifasından təsirlənən Qreq Peterik Kayli üçün mahnı studiyası təşkil etdi və Kai Dahlström, trekin hazırlanması üçün dollar ayıran prodüser oldu. Yenidən "Lokomotion" adlandırılan demo, Nəhayət Mushroom Records-un rəhbəri Maykl Qudinskiyə çatana qədər çox sayda səsyazma studiyalarına əməkdaşlıq üçün təklif edilsə də, hamısından rədd cavabı alınmışdı. Qudinski də həmçinin ilkin olaraq bu mahnıya maraq göstərmədi, lakin Minouqun serialdakı məşhurluğunu nəzərə alaraq 1987-ci ildə onunla müqavilə imzaladı. Qudinskinin bu riskli qərarı, Mushroom Records-un tənqidçiləri və işçilərinin qarışıq fikirləri ilə qarşılandı: çoxları şirkətin dağılacağını proqnozlaşdırdı və müğənnini "oxuyan bir tutuquşu" adlandırırdılar . Bununla belə 27 iyul 1987-ci ildə çıxan Minouqun ilk sinqlı "The Locomotion", yeddi həftə ərzində Avstraliya musiqi çartlarında zirvədə qaldı və 1980-ci illərdə ölkənin ən çox satılan sinqlı oldu.
Eyni ilin sentyabr ayında Minouq, Mushroom Records meneceri Terri Blemi ilə birlikdə Stok, Eytken və Uaterman adlı prodüserlərlə işləmək üçün Britaniyaya getdi . Oteldə 10 gün qaldıqdan və onların zəng etmələrini gözləmədən Minouq Blemi ilə birlikdə onların yanına getdi. Qırx dəqiqə ərzində prodüserlər Minouqun elə studiyada bəstələdiyi "I Should Be So Lucky" mahnısını yazdılar. 1987-ci ilin dekabrında çıxan mahnı Britaniya, Avstraliya, Almaniya, Finlandiya, İsveçrə, İsrail və Hong Kong çartlarında birinci oldu. Bu mahnı Minouqa ikiqat ARIA Musiqi Mükafatını qazandırdı. Müğənni Stok, Eytken və Uatreman və səsyazma studiyası ilə əməkdaşlığa başladı.
10 iyun 1988-də Minouq "Qonşular" serialının son hissəsinin çəkilişlərini başa vurdu və bundan sonra musiqi yaradıcılığı ilə məşğul olmaq üçün Londona köçdü . Bir ay sonra rəqs pop və bubblegum pop üslubunda kompozisiyalarla "Kylie" adlı albomu çıxdı . Albom Britaniya çartlarındabir ildən çox qaldı və bu müddət ərzində bir neçə dəfə birinci yerdə oldu. ABŞ-da albom qızıl status aldı, "The Locomotion" sinqlı isə ABŞ Billboard Hot 100 çartında 3-cü yerə, Kanada çartlarında isə 1-ci yerə çıxdı. "Got to Be Certain" Minouqun Avstraliya musiqi çartlarında birinci yerə çıxan üçüncü sinqlı oldu. Noyabr ayında Ceyson Donovan ilə duetdə Minouq, Britaniya çartlarını fəth edən və 2014-cü ilin dekabrına qədər bir milyondan çox nüsxədə satılan "Especially for You" mahnısını yazdı.
1989-cu ilin oktyabrında Minouqun ikinci albomu olan "Enjoy Yourself" çıxdı. Musiqi tənqidçiləri onun səsini müğənninin debüt işi ilə müqayisə etdilər və aralarında nəzərəçarpacaq oxşarlıq olduğunu qeyd etdilər. Albom Britaniyada, kontinental Avropada, Yeni Zelandiya, Asiya və Avstraliyada yaxşı satıldı. "Hand on Your Heart" və "Tears on My Pillow" sinqlları Britaniya çartlarında birinci oldu. Lakin Şimali Amerikada bu albomun satışları olduqca aşağı olaraq qaldı və Amerikanın səsyazma şirkəti Geffen Records müğənni ilə əməkdaşlıqdan imtina etdi. Eyni vaxtda iki albomunu tanıtmaq üçün Minouq ilk qastrol turu olan Disco in Dream (sonradan Hitman Roadshow adlandırıldı) çıxdı. Yerli bir radiostansiyanın sponsorluq etdiyi Britaniyadakı konsertlər üçün PWL səsyazma studiyasının digər sənətçiləri də qatıldı. 1990-cı ilin fevral ayında Minouq Avropa, Avstraliya və Asiyada Enjoy Yourself adlı qastrol turuna çıxdı. Müğənninin konsertlərinə bilet satıldı və üç milyon dollar gəlir əldə edildi.
1989-cu ilin dekabrında Minogue "Cinayətkarlar" filmində aktrisa kimi debüt etdi, filmin soundtreki kimi "Tears on My Pillow" mahnısı istifadə edildi. Film tənqidçilərdən qarışıq rəylər aldı: məsələn, Daily Mirror qəzetinin köşə yazarı Minouqun "soyuq sıyıq qədər xarizmatik" olduğunu deyirdi. Britaniyada filmin kassa satışları funtu keçdi, Avstraliyada isə 1989-cu ildə ən uğurlu kommersiya filmləri arasında dördüncü və 1990-cı ilin isə ən uğurlu filmi oldu.
1990–1992: Rhythm of Love və Let’s Get to It 1990-cı ilin noyabrında Minouq üçüncü studiya albomu olan Rhytm of Love albomunu buraxdı. Tənqidçilər müğənninin əvvəlki əsərləri ilə müqayisədə bu diskin "yüksək sürətlə tanındığına" diqqət çəkirdilər. Rəyçilər uğurlu sinql seçimini və cazibədar kompozisiyaları təriflədilər, lakin bəzi tənqidçilər yetkin müğənninin tamaşaçılara müraciət etməsindən narazı qaldılar, albomu "ən azı postpubertal" adlandırdılar və digər prodüserlərlə "faydasız" əməkdaşlığı tənqid etdilər . Albomun ilk sinqlı "Better the Devil You Know" "onun serialdakı qız imicini məhv etdi və dünyanı daha seksual, yetkin bir diskoteka qadını Kayli ilə tanış etdi". Müğənninin INXS qrupunun vokalisti Maykl Hatçens ilə münasibəti də ictimaiyyət tərəfindən özünün əvvəlki imicindən uzaqlaşma kimi qiymətləndirildi. "Better the Devil You Know" Britaniya çartlarında ikinci və Avstraliyada dördüncü yeri tutdu, Rhytm of Love-dan olan "Step Back in Time" və "Schocked" sinqlları isə bu ölkələrda ilk onluğa girdilər. Minouq, "Better the Devil You Know" klipinin çəkilişi zamanı ilk dəfə özünü "yaradıcılıq prosesinin bir hissəsi kimi hiss etməsindən" çox məmnun qaldı: "Əsas adam deyildim, amma söz demək hüququm var idi. 1991-ci ilin fevral ayında albomunu tanıtmaq üçün Rhytm of Love qastrol turuna yollanır.
1991-ci ilin oktyabrında Kaylinin dördüncü albomu Let's Get to It çıxdı. Tənqidçilər onun hazırlanması və üslubların müxtəlifliyini təriflədi, ancaq diskin dar bir gənc auditoriyasına istiqamətlənməsini mənfi cəhət hesab edirdilər. Let's Get to It Britaniya çartlarının ilk onluğuna daxil olmayan və yalnız on beşinci yerə çatan ilk Kayli Minouq albomu oldu. Albomun əsas mahnısı olan "Word Is Out" da ilk onluğa daxil ola bilmədi , ancaq Kit Vaşinqton ilə birlikdə ifa etdiyi "If You Were with Me Now" və "Give Me Just a Little More Time" Britaniya çartlarında ilk beşliyə daxil oldular. Elə həmin ay "Get to It Tour" qastrol turuna başladı.