Sungurlar () — İlk bölümü 25 oktyabr 2014-cü ildə yayımlanan döyüş, hərbi, dram və cinayət növündəki Türkiyə teleserialıdır. 2010-2014-cü illərdə yayımlanan Şefkat Tepe serialının davamıdır. Baş rollarında Mert Kılıç, Bora Karakul, Dilara Büyükbayraktar, Merve Anlağan və Mehmet Küçük yer almışdır. 2016-cı ildə Samanyolu Media quruluşu kanallarının Türksat yayımından çıxarılması səbəbiylə serialın çəkilişlərinə son verilmişdir.

Şefkat Tepe serialının davamı nitəliyində olan Sungurlar-ın aktyor heyətində, Şefkat Tepe-də rol almış Ərtoğrul Şakar, Mehmet Korhan Fırat, Merve Akaydın, Gülşah Küçükyıldız kimi baş rol aktyorları yer almamışdır.

İstinadlar

Xarici keçidlər Sunqurlar — IMDb səhifəsi

Kateqoriya:2014-cü ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2015-ci ildə bitən Türkiyə teleserialları