Şimali Anadolu zəlzələsi — 17 avqust 1668-ci ildə Şimali Anadoluda baş vermiş çox şiddətli zəlzələ. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ, Türkiyədə qeydə alınan ən şiddətli zəlzələ kimi tarixə düşdü və 1668-ci ildə dünyanın müxtəlif yerlərində baş verən 8 Rixter miqyaslı zəlzələ fəlakətlərindən biridir. Zəlzələnin episentri Samsunun cənub-qərbində yerləşən Ladik gölünün cənub sahili olub.
17 avqust 1668-ci ildə günortadan əvvəl Şimali Anadolu Fay Hattının 600 km uzunluğunda bir hissəsi böyük bir zəlzələ nəticəsində sarsıldı. Təxmini böyüklüyü 7,8–8,0 Ms aralığında idi və Merkalli intesivlik şkalasında IX idi. Ən qərbdəki Boludan ən şərqdəki Erzincana qədər böyük ziyan vurdu və təxminən 8 000 ölümlə nəticələndi. Zəlzələdən sonra afterşoklar ən azı altı ay davam etdi. Bu zəlzələ Türkiyədə qeydə alınan ən güclü zəlzələdir.
İstinadlar
Kateqoriya:Türkiyədə zəlzələlər Kateqoriya:17 avqustdakı hadisələr Kateqoriya:XVII əsrdə Osmanlı imperiyası Kateqoriya:Bolu ilçəsi