Yəhudi məhəlləsi — Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzi məhəllələrində biri. Məhələ adını XIX əsrin ikinci yarısından burada məskunlaşan dağ yəhudilərinin adından götürmüşdür. Coğrafi mövqeyi Rayon Qroznının şimal hissəsinin mərkəzində yerləşirdi. Sunja çayının sağ sahilində, Sovet hökuməti qurulduqdan sonra Leninski rayonunun inzibati ərazisinə daxil idi. Rayonun əsas küçələri Moskovskaya və Viktor Kan-Kalik (keçmiş Subbotnikov) olmuşdur.

Məhəllə adını XIX-in ikinci yarısından burda məskunlaşan yəhudilərdən almışdır.

Tarixi "Yəhudi slobodası" (qəsəbə) Qroznı şəhərinin köhnə məhəllələrindən biri olan yəhudi icmasının ənənəvi olaraq yaşadığı bir ərazidir.. Yəhudilərin Qroznıda məskunlaşması XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, bu dövrdə Endirey ticarət kəndindən (Andreyevka, Dağıstan) dağ yəhudiləri Qroznı qalası ərazisinə köçməyə başladılar. Sovetləşmədən əvvəlki dövrlərdə yəhudi məhəlləsinə yəhudi forştadtı deyilirdi.

Məhəlləyə həmçinin Qırmızı Yəhudi qəsəbəsi də deyilirdi. Çünki bu ərazidəki evlərin damları samandan olan kazak evlərindən fərqli olaraq ənənəvi olaraq qırmızı plitələrlə örtülmüşdü.

1869-cu ildə Qroznıya şəhər statusu verildi və bu, bölgəyə yeni məskunlaşanların axınına təsir etdi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi məskunlaşmışdı. 1874-cü ildə Qroznıda 1260 dağ yəhudisi yaşayırdı (şəhərin ümumi əhalisi 8450 nəfər idi).Иллюстративный ряд календаря — почтовые открытки начала XX века, отражающие историю, быт и нравы горских евреев, атрибутированные и с комментарием (в электронном виде), — представлен из книги Е. Н. Улицкого «Горские евреи в русской периодической печати 1853—1917». Məhəllə sakinlərinin əsas məşğuliyyəti ticarət və dəri işləmə idi. Ərazi bir neçə hissədən ibarət idi. Daha sonra qəsəbəni şəhərin mərkəzi hissəsi ilə birləşdirən Belikovski körpüsü tikildi. Bu da bölgənin iqtisadi inkişafına müsbət təsir etdi.

1875-ci ildə qəsəbədə Sunja çayının sahilində yəhudilər üçün dua evi də tikildi.

1893-cü ildə Qroznıda şəhərin sürətli inkişafına səbəb olan böyük neft yataqları kəşf edildi. Rusiyanın mərkəzindən Avropalı yəhudilər də Qroznıya köç etməyə başladılar.

1902-ci ildə Yəhudi mərhələsində iri gümbəzli sinaqoqun açılşı oldu. Yeni sinaqoqun tikintisi yəhudi mərhələsində yaşayanların həyatında əhəmiyyətli rol oynayırdı. Sinaqoq binası təkcə dua ibadətgahı kimi fəaliyyət göstərmirdi. O, Şimali Qafqazda yaşayan bütün yəhudilərin dini və mədəni mərkəzinə çevrildi. Kərpicdən tikilmiş sinaqoq şiə məscidi ilə Mitnikov hamamları arasında yerləşirdi. İ.L. Leontyevin məlumatına görə, yəhudilərinin sinaqoqu 1928-ci ildə bağlandı. Daha sonra məbədin binasında musiqi məktəbi açıldı. Sonradan günbəz sökülərək, bina əsaslı təmir olundu və mədəniyyət evinə çevrildi.

Yəhudilərin şəhərdə vətəndaş müharibəsi zamanı tamamilə dağıdılmış öz ayrı tam uyğunlaşdırılmış məhəlləsi var idi. Buna baxmayaraq, bu zaman Qrozni yəhudi slobodası getdikcə genişlənirdi. Çünki Vətəndaş müharibəsi zamanı qonşu kəndlərdən olan yəhudi qaçqınlar şəhərə axın edirdilər..

Məhəllənin sol tərəfində əsasən erməni diasporasının məskunlaşdığı Kirov adına Baronovski rayonu adlanan park yerləşirdi. Məhəllənin sağ tərəfində bütün məhəllədən keçən köhnə tramvay xətti vardı.

Subbotnikov küçəsində (keçmiş Belikovskaya) 22 saylı məktəb var idi. 1980-ci illərin sonunda məhəllə əhalisi təxminən 4 min nəfər idi.

Birinci çeçen müharibəsi zamanı Çeçenistan ərazisində hərbi əməliyyatların başlaması ilə demək olar ki, bütün yəhudi əhalisi Qroznını tərk etdi. Yəhudilərin, İsrailə və Rusiyanın şəhərlərinə köçü başladı. Yəhudilər ilk növbədə Rusiyanın Şimali Qafqaz şəhərlərinə (Mozdok, Vladiqafqaz, Pyatiqorsk, Stavropol) köçdülər..

İstinadlar

Ədəbiyyat Сацита Исраилова. Истории, рассказанные храмом: храмы на территории Грозного // Архивный вестник. — 2017. — № 5. — ISSN 978-5-6040381-2-3. Черный И. Я. Горские евреи // :Ru: Сборник сведений о кавказских горцах. Вып. III. Тифлис, 1870. Kateqoriya:Çeçenistan Kateqoriya:Çeçenistan tikililəri Kateqoriya:Rusiyada yəhudi tarixi Kateqoriya:Aşkenazi yəhudiləri