Qaraçay-Çərkəz Respublikasının bayrağı (; ) — Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının dövlət simvoludur. Qaraçay-Çərkəz Xalq Məclisi (Parlament) tərəfindən 3 fevral 1994-cü ildə qəbul edilmişdir.
Tarixi Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz Muxtar Sovet Sosialist Respublikası adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən isə Rusiya Federasiyası tərkibində inzibati subyekt Şimali Qafqaz Federal Dairəsinin daxilində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Bu illər ərzində respublikanın qırmızı rəngdə bayrağı olmuşdur.
1991-ci ildə Qaraçay-Çərkəz Respublikası yaradılsa da, onun rəsmi dövlət atributları mövcud olmamışdır. Belə ki, ilk illər Qaraçay-Çərkəz Respublikası bayrağı üçrəngli rus bayrağı ilə təmsil olunurdu. Respublika yeganə Şimali Qafqaz subyekti idi ki, müstəqil bayrağı yox idi. Yalnız 1993-cü ildən Rusiya Federasiyası Ali Soveti binasının qarşısında muxtariyyət bayraqları sırasında Qaraçay-Çərkəz Respublikası bayrağı da dalğalanmağa başlamışdır. Bu Qaraçay-Çərkəz Xalq Məclisi (Parlament) tərəfindən qəbul edilmiş qərardan sonra mümkün olmuşdur.
Təsviri Qaraçay-Çərkəz Respublikası Ali Şurasının 3 dekabr 1994-cü il tarixli 76-XXI saylı qərarı ilə Qaraçay-Çərkəz bayrağı qəbul edildi:
26 iyul 1996-cı ildə bayrağın təsvirinə təsir etməyən dəyişikliklər edildi:
Simvolu Qaraçay-Çərkəz Respublikasının Dövlət bayrağının üzərindəki rənglərin mənası aşağıdakılardır: açıq mavi rəng — sülhün, işığın və yaxşı niyyətlərin və əmin -amanlığın təcəssümü; yaşıl — təbiətin əsas rəngidir, məhsuldarlığın, zənginliyin və yaradıcılığın simvolu, gəncliyin rəngi və eyni zamanda ağıl və təmkinin təcəssümü; qırmızı — təntənəli rəngdir, insanlar arasında istilik və yaxınlığın simvoludur.
Qeyri-rəsmi açıqlamaya görə, bayrağın rəngləri Qaraçay-Çərkəz Respublikası əhalisinin əsas etnik qruplarını əks etdirir: açıq mavi — Qaraçay -Çərkəz Respublikasının türk xalqlarını — Qaraçayları və noqayları təcəssüm etdirir; yaşıl — Adıge xalqlarını — çərkəzlər və abazinləri simvollaşdırır; qırmızı — Qaraçay -Çərkəz Respublikasının slavyan əhalisini simvollaşdırır.
Bələdiyyə bayraqları 1 yanvar 2020-ci il tarixində Qaraçay-Çərəkəz Respublikasında 100 bələdiyyə: 2 şəhər dairəsi, şəhərlərarası bölgüsü olan 10 şəhər, 5 şəhərətrafı rayon, 7 şəhər qəsəbəsi və 83 kənd var idi.
Şəhər dairələrinin bayraqları Bayraq Rəsmi adı Təsdiq tarixi Rusiya Federasiyası Dövlət Heraldik Qeydiyyatı nömrəsi 90px Abazin rayonu bayrağı 28.05.2010Решение Совета Абазинского муниципального района от 28.05.2010 № 149 "Об утверждении герба и флага Абазинского муниципального района" Adıge-Xabal rayonu bayrağı 90px Zelençuk rayonu bayrağı 16.03.2017Решение Совета Зеленчукского муниципального района от 16.03.2017 № 166 11556 Qaraçay rayonu bayrağı Kiçik Qaraçay rayonu bayrağı Bayraq Rəsmi adı Təsdiq tarixi Rusiya Federasiyası Dövlət Heraldik Qeydiyyatı nömrəsi Noqay rayonu bayrağı 18.03.2011Решение Совета Ногайского муниципального района от 18.03.2011 № 94 "О гербе и флаге Ногайского муниципального района" Prikuban rayonu bayrağı Urup rayonu bayrağı Ust-Cequtin rayonu bayrağı Xabez rayonu bayrağı
Kənd yaşayış məntəqələrinin bayraqları Bayraq Rəsmi adı Təsdiq tarixi Rusiya Federasiyası Dövlət Heraldik Qeydiyyatı nömrəsi 90px Krasnokurqan kəndi bayrağıKiçik Qaraçay rayonu 24.08.2020Решение Совета Краснокурганского сельского поселения от 24.08.2020 № 14 "Об утверждении Положения о гербе и флаге Краснокурганского сельского поселения" 13129
İstinadlar
Kateqoriya:Qaraçay-Çerkesiya Respublikası Kateqoriya:Günəş təsviri olan bayraqlar Kateqoriya:Rusiyanın federal subyektlərinin bayraqları