Qrant Arsenoviç Avakyan (, ; ) — SSRİ hərbçisi, polkovnik. O, İkinci Dünya müharibəsində iştirak etmişdir.
Həyatı Qrant Arsenoviç Avakyan 15 oktyabr 1924-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində bir erməni ailəsində anadan olmuşdur. O, 1941-ci ildən Sovet Ordusunda xidmət etmiş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan Şimali Qafqaz, 3-cü Ukrayna, 1-ci Belorusiya cəbhələrində döyüşmüşdür. O, Berlinin alınması uğrunda döyüşlərdə iştirak etmişdi. Avakyan 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1953-cü ildə Vladimir Lenin adına Hərbi Siyasi Akademiyanı bitirmişdir. Avakyan 1975-ci ildən Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun komandirlər məktəbində siyasi şöbə rəisi olmuşdur. O, 28 fevral 2017-ci ildə Rusiyanın Krasnodar şəhərində vəfat etmişdir.
Təltif və mükafatlar Qrant Avakyan 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, "Qırmızı Bayraq", 3 "Qırmızı Ulduz", 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla təltif olunmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87–95382. Герои и подвиги. Книга 6. М,: Воениздат, 1978 Документы на сайте "Подвиг народа" Казарьян А. В. Война, люди, судьбы. Книга 2. Ереван, 1977
Xarici keçidlər Наградной лист к званию Герой Советского Союза Маштоц Администрация Краснодарского края Авакян Грант Арсенович Авакян Г. А.
Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ polkovnikləri