Asiat Naniyeva () — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisiТамара Котолова, Женщина — писательница, женщина — мать Двадцати четырёх часов в сутках достаточно для осуществления намеченного, — Асиат Наниева , Аланияинформ. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya).

Bioqrafiyası O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdirТамара Котолова, Женщина — писательница, женщина — мать . Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.

1959–1961-ci illərdə doğma kəndində kitabxana müdiri olur. 1963-cü ildə Tsxinvaliyə köçür. Elə həmin il ailə səbəblərinə görə tərk etməli olduğu Tbilisi Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1964-cü ildə "Fidiuaq" ədəbi jurnalında "Otlaqda" () adlı ilk hekayəsini çap etdirir. 1966-cı ildən Tsxinvalidəki "Soveton İriston" (Sovet Osetiyası) qəzetinin redaksiyasında korrektor işləyir. Eyni zamanda Moskva Poliqrafiya İnstitutunun texnoloji fakültəsinin qiyabi şöbəsində oxuyur. 1969-cu ildən Tsxinvalidəki "İriston" kitab nəşriyyatında istehsalat redaktoru, texniki redaktor və istehsalat rəhbəri vəzifələrində çalışır. 2002-ci ildən "Fidiuaq" jurnalında nəsr şöbəsinin redaktoru işləyir.

Bir neçə uşaq kitabı yazmışdır. 1974-cü ildə "Asamazın rəqsi" () uşaq hekayələr toplusunu nəşr etdirir. 2013-cü ildə o, Gürcüstan-Cənubi Osetiya müharibəsinin real hadisələrini təsvir edən yeddi hekayədən ibarət "Çağırılmamış qonaq" () adlı toplusunu buraxır.

Həm də müxtəlif yerli və xarici yazıçıların tərcüməsi ilə məşğul olur. O, Qayto Qazdanovun "Cəld" hekayəsini və Georgi Tedeyevin "Qara mirvari" hekayəsini osetin dilinə tərcümə etmişdir.

2016-cı ildə Nafi Cusoyti Mükafatına layiq görülmüşdür.

Cənubi Osetiya yazıçısı Gersan Kodalayevin həyat yoldaşıdırРада Дзагоева, Асиат Наниева: "Сегодня в литературе, как и в науке, к сожалению, нет новых имен. И в такой ситуации, говоря прямо, народ дичает…" .

İstinadlar

Ədəbiyyat Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 455, ISBN 978-5-7534-1499-01

Mənbə Тамара Котолова, Женщина — писательница, женщина — мать Двадцати четырёх часов в сутках достаточно для осуществления намеченного, — Асиат Наниева, Аланияинформ Рада Дзагоева, Асиат Наниева: "Сегодня в литературе, как и в науке, к сожалению, нет новых имен. И в такой ситуации, говоря прямо, народ дичает…"