Musa Bautdinoviç Qeşayev (; ) — Sovet və rus yazıçısı, bəstəkarı, publisist, ədəbiyyatşünas, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki, Rusiya Yazıçılar Birliyinin üzvü.
Həyatı Musa Qeşayev 1940-cı il avqustun 20-də Qroznıda anadan olub. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı, onun ailəsi də sürgün edilib. Qeşayevin uşaqlığı Qazaxıstan SSR-in Cambul vilayətində keçib.
1957-ci ildə ailəsi ilə birlikdə vətənə dönmüşdür. Orta məktəbi Qroznı şəhərində bitirmişdir. Musa Qeşayev ali təhsil almaq üçün Leninqrad şəhərinə yollanmışdır. 1965-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
Ali məktəbi bitirdikdən sonra Qroznıya qayıdıb. Ardınca Musa Qeşayev Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Mədəniyyət Nazirliyinin baş inspektoru təyin edilib.
Musa Qeşayev 1967–1978-ci illərdə Çeçen-İnquş dövlət "Vaynax" ansamblının direktoru olub. Onun rəhbərliyi altında ansambl böyük uğurlara nail olub. Ansambl SSRİ-nin ən uğurlu milli rəqs kollektivlərindən birinə çevrilib.
1979-cu ildə Respublika Filarmoniyasının direktor müavini vəzifəsinə təyin olunub. 1986–1993-cü illərdə Estrada dövlət assosiasiyasının direktoru vəzifəsində çalışıb.
Musa Qeşayev 1980-ci illərin sonundan yazı və poeziya ilə fəal məşğul olmağa başlayıb. O, 100-dən çox mahnının müəllifidir. Bu mahnılar tez-tez konsertlərdə ifa olunur, televiziya və radioda verilir. Mahnıları məşhur çeçen və rus müğənniləri ifa edirlər.
1999-cu ildə onun xaricdə nəşr olunan "Məşhur çeçenlər" kitabında Çeçen mücahidlər haqqında məlumat verilməsə də, əsəri Rusiya gömrüyündə saxlanılıb.
Musa Qeşayev 2014-cü il martın 7-də Moskvada vəfat edib.
Mükafatları 9 sentyabr 2005-ci ildə İnquşetiya Prezidenti Murat Zyazikovun fərmanı ilə "Xidmətlərə görə" ordeni ilə təltif edilib..
2006-cı ildə Frans Kafka Qızıl medalı ilə təltif olunub. 2007-ci ildə Parisdə keçirilən şeir müsabiqəsində qızıl medala layiq görülüb.
Qroznıda bir küçə Musa Qeşayevin adını daşıyır..
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Муса Гешаев. Избранное Муса Гешаев Арест "Знаменитых чеченцев"
Kateqoriya:Çeçenistanda mədəniyyət Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Çeçenlərin və inquşların deportasiyasının qurbanları