Şeyx Mənsur məscidi () — Qroznı şəhərinin Şeyx-Mansur rayonunda yerləşən Aldı mikrorayonunda cümə məscidi. Məscidin binasında 4000-ə qədər dindar eyni vaxtda namaz qıla bilər.

Tarix 1883-cü ildən Yeni Aldı kəndində 4 məscid — baş cümə məscidi və 3 məhəllə məscidi fəaliyyət göstərirdi.

Aldı kəndinin köhnə Cümə məscidi 1993-cü ildə tikilmişdir. Layihənin müəllifi Qroznı şəhərinin baş memarı D. A. Kadiyev idi. Birinci Çeçenistan müharibəsi və İkinci Çeçen müharibəsi zamanı çox ciddi zədələnmiş, bir neçə dəfə yenidən qurulmuşdur. Məscid Şimali Qafqazın birinci imamı Şeyx Mənsurun (1760–1794) şərəfinə adlandırılmışdır.

2019-cu ilin noyabr ayında Çeçenistan Respublikası rəhbəri Ramzan Kadırov Aldı kəndində olmuş və hökümətə məscidin daha çox sayda ibadət edən camaat üçün nəzərdə tutulmuş yeni binasının tikilməsini tapşırmışdır. Yeni məscid köhnə Şeyx Mənsur məscidinin yerində tikilmişdir. 23 avqust 2021-ci ildə yerli sakinlərin və Çeçenistan Respublikasının rəhbərliyinin iştirak etdiyi məscidin təntənəli açılışı olmuşdur.

Memarlığı Məscidin ikimərtəbəli binası şərq üslubunda tikilib. Bina günbəzlərlə bəzədilib, zirzəmisi və giriş terrası var. Məscid beton monolitdən tikilib, zalın yuxarı hissəsinin kənarlarında əsas mərtəbədən əlavə içəridə eyvanlar var. Hündürlüyü iki minarə və günbəzlə birlikdə 35 metrdir. Məscidin 3 girişi var, əsas giriş şimal tərəfdə, digər 2 giriş qərb və şərqdə yerləşir. Məscidin fasadı çıxıntılı əsas böyük portalla bəzədilmişdir.

Məscid üç günbəzlə taclanır, əsası mərkəzdə, ikisi isə yanlarda kiçik günbəzlərdir. Məscidin əsas günbəzi qızılla üzlənmiş "Tərəzi" tipli dəmir vərəqlərdəndir. Onun diametri 10 metr, hündürlüyü 6,1 metrdir. Məscidin daxili bəzəyi yüksək keyfiyyətli divar üzlükləri ilə, sonra isə dekorativ rəngləmə ilə hazırlanmışdır. Məscidin binasının dekorasiya elementləri, suvaq məmulatları və ornamentlər, divar və tavanlar Özbəkistandan olan rəssamlar tərəfindən qızılı rəngə boyanmışdır.

Məscidin divarında həkk olunmuş taxta minbər və ibadət yeri — mehrab tikilib. O, Məkkəyə istiqamətlənib, namaz zamanı möminlərə istiqamət göstərir. Məsciddəki iri çilçıraqlar ərəb xəttatlığı yazıları ilə bəzədilib. Böyük günbəzin altındakı mərkəzi çilçıraq Allah və Məhəmməd peyğəmbər yazısı ilə bəzədilib, mərkəzi zalın künclərində yerləşən digər dörd çilçıraqda dörd saleh xəlifənin — Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əlinin adları çəkilib. Eyvanların üstündə yerləşən iki kiçik günbəzin altındakı digər iki çilçıraqda Həsən ibn Əli və Hüseynin adları çəkilmişdir. Dini bina müasir akustika sistemi ilə təchiz olunub. Məscidin binasının yanında dəstəmaz üçün bina tikilmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər Мусульман Грозного встретила новая мечеть В Грозном благоустраивают территорию, прилегающую к строящейся мечети имени Шейха Мансура Интерактивный справочник В поселке Алды открыли мечеть имени Шейха Мансура

Kateqoriya:Çeçenistan məscidləri Kateqoriya:Çeçenistan tikililəri Kateqoriya:Qroznı məscidləri