Kaqamil adası (, ) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada.
Coğrafiya Dörd Dağ adaların ən şərqində yerləşir. Çuqinadak adasından 6,0 km şimalda və Uliaqa adasından 1,2 mil (1,9 km) cənubdadır. Kaqamilin uzunluğu təqribən 10 km, eni isə 5 km-ə qədər olan qayalı, yaşayış olmayan adadır. Adada sönmüş vulkan var. Adanın cənub hissəsində iki zirvəsi olan bir vulkan vardır: biri dəniz səviyyəsindən 890 m yüksəklikdə, digəri dəniz səviyyəsindən 690 m yüksəklikdədir. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.
İstinadlar
Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları