Avstraliya merinosu — zərifyunlu qoyun cinsi.
Tarixi Avstraliya merinosu XIX əsrin birinci yarısında Avstraliyada İngiltərə, İspaniya və Almaniyadan gətirilən merinoslardan yetişdirilmişdir. 1929-cu ildə SSRİ-yə gətirilmiş və Qroznı qoyun cinsinin yetişdirilməsində istifadə edilmişdir.
Xarakteristikası Avstraliya merinosu eksteryerinə və yun keyfiyyətinə görə fayn, medium və stronq tipləri var. Qoçların diri çəkisi 80–95 kq, doğar (anac) qoyunlarınkı 42–48 kq; qoçlar 9–10 (ən çox 20 kq-a qədər), doğar qoyunlar 4–5 kq (ən çox 10 kq-a qədər) yun verir. Təmiz yun çıxması 48–55%-dir. Əsasən, uzun, kambol növlü, sıx, zərif, çox elastik və parlaqdır. Avstraliyada bütün qoyunların 80%-i merinoslardır.
İstinadlar
Ədəbiyyat Иванов М. Ф. Полное собрание сочинений, том 4, Москва, 1964, с. 244–246. Руководство по разведению животных, перевод с немецкого, том 3, книга 2, Москва, 1965. Есаулов П. А. Методы повышения продуктивности овец в Австралии, Москва, 1967.
Xarici keçidlər Merino world Australian Association of Stud Merino Breeders
Kateqoriya:Qoyun cinsləri