2022 — Azərbaycanda "Şuşa ili"
2022-ci ildə Azərbaycan Ordusu yebə də Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də canlı qüvvə cəhətdən üstün olduğunu bir daha göstərdi. Bu sentyabr döyüşləri və digər sərhəd toqquşmaları zamanı açıq şəkildə sübut olundu. Azərbaycan Qarabağ məsələsindəərazi bütövlüyü məsələsini yenə də müdafiə edəcəyini bildirdi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı və digər lokal əməliyyatlar, Xankəndi-Laçın yolunda aksiyalar ilə bu bir daha göründü.
Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrin gücləndirilməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan ilə birbaşa ikitərəfli əlaqələrin yüksək səviyyəyə çıxarılması prioritet elan olundu. Həmin ölkələrlə Azərbaycanın iqtisadi dövriyyəsi bir neçə dəfə artıb, siyasi əlaqələr inkişaf etdirildi.
2022-ci ildə daha bir önəmli addım Azərbaycanın unitarlaşması istiqamətində atıldı. Bu ilk növbədə NMR-dəki güc strukturlarının rəsmi Bakıya tabe etdirilməsi, ən son isə Naxçıvan Ali Məclisi sədrinin (Vasif Talıbov) vəzifədən kənarlaşdırılması NMR-nin artıq birbaşa mərkəzdənqaçma meyllərinin qarşısnın alınmasında, Azərbaycanın unitarlaşması və mərkəzi hakimiyyəti güclənməsində çox önəmli addım oldu.
Noyabr ayında Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olundu. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərində fəaliyyət göstərən sahibkarlara ciddi şəkildə güzəşt mexanizmi qanunla təsdiq edildi. İşğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri, infrastruktur layihələri genişləndirildi, eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanının açılışı həyata keçirildi.
2022-ci ildə Azərbaycan hökuməti ilə həm region, həm də Avropanın müxtəlif ölkələri arasında əhəmiyyətli hökümətlərarası memorandumlar, müqavilələr imzalandı ki, qarşıdakı illərdə birgə əməkdaşlığın daha da uğurla həyata keçirilməsi üçün bu çox vacib məsələ idi. Bu il Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyinə dair imzaladığı sənəd ölkənin qaz gəlirlərini ilk dəfə olaraq bərabərləşmə səviyyəsinə gətirib çatdırdı.
Sənaye məhsullarının istehsalında, qeyri-neft sektorunda da artım müşahidə edildi. Eləcə də qeyri-neft ixracı üzrə artım da kifayət qədər yuxarı səviyyədə oldu. Ölkədə elektron ticarətin təşviqi nəticəsində bu göstəricilərdə də ciddi artımlar müşahidə edildi. Yəni nağdsız ödənişlərin həcmində artımlar baş verdi. Minimum əmək haqqı 250 manatdan 300 manata qaldırıldı, pensiyaların indeksasiya edilməsilə bağlı yeni yanaşma tətbiq edildi.
Siyasət ŞəkilVəzifəAd, Soyadframeless|100x100pxPrezidentİlham Əliyevframeless|100x100pxBirinci vitse-prezidentMehriban Əliyevaframeless|100x100pxBaş nazirƏli Əsədovframeless|100x100pxMilli Məclisin SədriSahibə Qafarova
Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Mədət Quliyev Təhsil naziri Emin Əmrullayev (28.07.2022 tarixinə qədər) Vəzifə ləğv edildi (28.07.2022) Elm və Təhsil naziri Vəzifə təsis edildi (28.07.2022) Emin Əmrullayev (28.07.2022 tarixindən başlayaraq)
Mədəniyyət naziri Anar Kərimov (22.12.2022 tarixinə qədər) Nazir yoxdur (22.12.2022 tarixindən başlayaraq)
Səhiyyə naziri Nazir yoxdur (21.05.2021-19.01.2022) Teymur Musayev (19.01.2022 tarixindən başlayaraq) Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri — Fərid Qayıbov Kənd Təsərrüfatı naziri — İnam Kərimov Maliyyə naziri — Samir Şərifov Rəqəmsal İnkişaf və Nəqliyyat naziri — Rəşad Nəbiyev İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fikrət Məmmədov
Hadisələr
Yanvar thumb|220x220px|Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski
5 Yanvar 2022-ci il "Şuşa ili" elan olundu. "Teleradio" İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırıldı. 7 Yanvar — Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi-Zəhra" məscidi yenidənqurmadan sonra istifadəyə verildi. 8 Yanvar — Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 10 Yanvar — Prezident İlham Əliyev ölkəmizə yeni təyin olunmuş Cənubi Koreya və Əlcəzair səfirlərinin etimadnamələrini qəbul etdi: Cənubi Koreya səfiri - Li İn-Yonq Əlcəzair səfiri - Abdelouahab Osman 11 Yanvar "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradıldı. Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası (ATOTA) fəaliyyətə başladı. 11 — 12 Yanvar — Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 1 nəfər şəhid oldu. 13 Yanvar Səudiyyə Ərəbistanı energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud Azərbaycana səfər etdi. Prezident İlham Əliyev və Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş oldu. (Bakı) Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt-lik "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Goranboy şəhər 1№-li məktəbin yeni binası istifadəyə verildi. 14 Yanvar Prezident İlham Əliyev Ukraynaya səfər etdi. Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş oldu. (Kiyev, Ukrayna) Bakı şəhərində ilk dəfə olaraq "Xəzərin gözü" oftalmoloji seminarı keçirildi. 16 Yanvar — Monteneqro Parlamenti Sədri Aleksa Beçiç Azərbaycana səfər etdi. 17 Yanvar — Prezident İlham Əliyev və Monteneqro Parlamenti Sədri Aleksa Beçiç arasında videoformatda görüş oldu. 18 Yanvar — Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonunda Hacı Zeynalabdin Tağıyev heykəlinin açılışında iştirak etdi. 21 Yanvar — İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan yolumuzqarabaga.az portalı istifadəyə verildi. 24 Yanvar — İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri başladı. 25 Yanvar İşğaldan sonra ilk dəfə Cəbrayıl rayonuna (Mahmudlu stansiyasına) işçi qatarlar hərəkətə başladı. Prezident İlham Əliyev və İran yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında videoformatda görüş oldu. Müdafiə naziri Zakir Həsənov İrana səfər etdi. 26 Yanvar — Müdafiə naziri Zakir Həsənov və İran Prezidenti İbrahim Rəisi arasında görüş oldu. (Tehran, İran) 27 Yanvar Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində Tədris və Xidmət Kompleksinin açılışında iştirak etdi. 28 Yanvar "Azerspace-1" peykindən yayımlanan televiziya kanalları HD formatda yayıma keçdi. İlham Əliyev və Ümumdünya Gömrük Təşkilatı Baş katibi Kunio Mikuriya arasında videoformatda görüş oldu: Kunio Mikuriya "Dostluq" ordeni ilə təltif edildi. Sumqayıt şəhərində Qadın Resurs Mərkəzinin açılışı oldu. 30 Yanvar — Prezident İlham Əliyev Gəncə şəhərinə səfər etdi: Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi və "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposunun açılışı oldu. Gəncə Memorial Kompleksinin təməli qoyuldu. 31 Yanvar — İşğaldan azad edilmiş ərazilərə ildə 1 dəfə səfər etmək məhdudiyyəti aradan qaldırıldı.
Fevral thumb|220x220px|Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Moskva Bəyannaməsini imzalayırlar 1 Fevral — Milli Məclis sədri Sahibə Qafarova Latviyaya səfər etdi.
2 Fevral — Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. (Bakı) Tovuz şəhəri 2022-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edildi. 3 Fevral Milli Məclis sədri Sahibə Qafarova və Latviya Prezidenti Eqils Levits arasında görüş oldu. (Riqa, Latviya) Milli Məclis sədri Sahibə Qafarova Litvaya səfər etdi. 4 Fevral Sahibə Qafarova və Litva Prezidenti Gitanas Nauseda arasında görüş oldu. (Vilnüs, Litva) Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurası Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında videoformatda görüş oldu.
4 — 20 Fevral — 2022 Qış Olimpiya Oyunları (Pekin, Çin) Medal sayı: 0
6 Fevral Azərbaycan–Ermənistan sərhəd böhranı: RSK-nın müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Tərtər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Milli Məclis sədri Sahibə Qafarova Estoniyaya səfər etdi. 8 Fevral Prezident İlham Əliyev 330/220/110/10 kV-luq "Yaşma" qovşaq yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak etdi. Milli Məclis sədri Sahibə Qafarova və Estoniya Prezidenti Alar Karis arasında görüş oldu. (Tallin, Estoniya) 9 — 11 Fevral — Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 11 Fevral AMB tərəfindən yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxıldı. İlham Əliyev Bakı şəhərində "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 MVt olan 330/220/110 kV-luq "Qobu" yarımstansiyasının və 385 MVt-lik "Qobu" Elektrik Stansiyasının açılışında etdi.
13 Fevral Prezident İlham Əliyev Ağdam rayonuna səfər etdi: 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyaları, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu "Park Forest Otel Ağdam" mehmanxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası və yeni yaşayış kompleksinin təməli qoyuldu Prezident İlham Əliyev Ağcabədi rayonunda səfər etdi: 110/35/10 kV-luq "Ağcabədi" yarımstansiyası, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolu və yeni hərbi şəhərciyin açılışı oldu 14 — 15 Fevral — Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 18 — 21 Fevral — Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri və RSK-nın müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Tovuz, Xocalı və Xocavənd rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. 21 Fevral Milli Məclisin 2 nəfər deputatı (Tahir Mirkişili və Soltan Məmmədov) Ermənistana səfər etdi. Tahir Mirkişili,Soltan Məmmədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu. (İrəvan, Ermənistan) Prezident İlham Əliyev Rusiyaya səfər etdi Moldova Parlamenti sədri İqor Qrosu Azərbaycana səfər etdi 22 Fevral Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş oldu (Moskva, Rusiya) Moskva Bəyannaməsi imzalandı Əvəz Hafizlinin öldürülməsi: Jurnalist, bloger Əvəz Hafizli Sabunçu rayonunun Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində əmisioğlu tərəfindən bıçaqlanaraq öldürüldü 23 Fevral Azərbaycan–Ermənistan sərhəd böhranı: Ermənistan Silahlı Qüvvələrinin bölmələri və RSK-nın müvəqqəti yerləşdiyi ölkə ərazisindəki qanunsuz erməni silahlı dəstəsi Kəlbəcər, Füzuli və Laçın rayonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Tahir Mirkişili və Soltan Məmmədov İrəvan şəhərində Göy məscidi ziyarət etdilər 24 Fevral Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlandı. Bildirilir ki, məzarlıqdan tapılan qalıqlar Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfinfən girovluqda saxlanılan şəxslərə aiddir İlham Əliyev və Moldova Parlamenti sədri İqor Qrosu arasında videoformatda görüş oldu
Mart thumb|İlham Əliyev və Dünya Etnoidman Konfederasiyası sədri Bilal Ərdoğan 2 Mart Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu İlham Əliyev və Rumıniya energetika naziri Virgil-Daniel Popesku arasında videoformatda görüş oldu 3 Mart "Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxs yaradıldı Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli Azərbaycana səfər etdi