Hüseyn Borojeviç Andruxayev (; ) — adıgey-sovet jurnalisti, şairi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı. Cənub Cəbhəsi 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasının siyasi komandiri, kiçik siyasi təlimatçı.
Həyatı Hüseyn Borojeviç Andruxayev 2 mart 1920-ci ildə Xakurinohabl (indiki Adıgeya) kəndində kəndli ailəsində anadan olmuşdur. O, etnik olaraq adıgey (çərkəz) idi. Andruxayev 1935-ci ildə Adıgey Pedaqoji Texnikumuna daxil olmuşdur. Həmin il o, Rostov-na-Donuda gənc yazıçıların toplantısında iştirak etmiş, 1939-cu ildən yerli qəzetin redaksiyasında, həmin ilin iyun ayından "Sosialistiçeske Adıgey" vilayət qəzetinin müxbiri işləmişdir.
1940-cı ilin yanvarından Qızıl Ordu sıralarında xidmət etmiş Andruxayev 1941-ci ildən Stalinqrad hərbi-siyasi məktəbini bitirdikdən sonra kiçik siyasi təlimatçı olmuşdur. Bundan sonra o, 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasına siyasi təlimatçı təyin edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Алещенко Н. М. Долг и подвиг. — , 1981. — С. 8–25. Жанэ, Киримизе Хаджимусович Хусен Андрухаев. — , 1974. Политработники на фронте : сб. — , 1982. — С. 212–213.
Xarici keçidlər
Андрухаев Хусен Борежевич Андрухаев Хусен Борежевич АНДРУХАЕВ Хусен Борежевич (1920–1941) ХУСЕЙН БОРЕЖЕВИЧ АНДРУХАЕВ (1920–1941)
Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:XX əsr şairləri