thumb|Albert Edelfeltin portreti Maqnus Qustav Mittaq-Leffler (; ) — İsveç riyaziyyatçısı, Sankt-Peterburq Riyaziyyat Cəmiyyətinin üzvü, dövrünün nüfuzlu riyazi jurnalı Acta Mathematica -nın təsisçisi və 40 illik redaktoru.

Onun riyazi töhfələri günümüzdə kompleks analiz adlanan funksiyalar nəzəriyyəsi ilə bağlıdır.

Mittaq Leflerin, rus riyaziyyatçısı və mexaniki Sofiya Kovalevskayanın Stokholm Universitetində professor kimi fəaliyyətində böyük rolu olmuşdur.

Birinci Dünya müharibəsindən sonra Mittaq-Leffler Yursholmdakı mülkü və riyaziyyat kitablarından ibarət kitabxanasını İsveç Kral Elmlər Akademiyasına bağışladı və bunula da müasir Mittaq-Leffler İnstitutunun əsası qoyuldu. Həyatı Mittaq-Leffler Stokholmda, məktəb direktoru Con Olof Leffler və Qustava Vilhelmina Mittaqın ailəsində anadan olub. Sonradan atasının soyadına anasının qızlıq soyadını da əlavə edib. Bacısı, yazıçı Anna Şarlotta Leffler 1865-ci ildə Uppsala Universitetində təhsil alıb, doktorluq elmi dərəcəsini isə 1872-ci ildə yiyələnib. O, həmçinin Stokholm milləti cəmiyyətinin kuratoru (sədr) olub (1872-1873). Daha sonra Parisə, Göttingenə və Berlinə səyahət edən Qustav Mittaq, sonda Karl Vilhelm Veyerştrassdan təhsil alır. O, 1877-1881-ci illərdə Helsinki Universitetində (Lorenz Lindelöfün varisi kimi) və sonra Stokholm Universitet Kollecində (sonradan Stokholm Universiteti) ilk riyaziyyat professoru olaraq çalışıb; 1891-ci ildən 1892-ci ilə qədər kollecin prezidenti olub, 1911-ci ildə çalışdığı kafedradan təqaüdə çıxıb. Mittaq-Leffler biznes sahəsində də özünü sınayıb və uğur qazansa da, 1922-ci ildə Avropadakı iqtisadi çöküş onun sərvətinin dağılmasına səbəb olub. Alfred Nobel və Qustav Leffler Alfred Bernard Nobelin ölümündən sonra onun kapitalı ilə Nobel Fondu yaradılmış və həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel Fondunun çox hissəsini təşkil etmişdir. Bu mükafat 1901-ci ildən verilməyə başlanmışdır. Nobel mükafatı Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə: kimya, fizika, ədəbiyyat, tibb, fiziologiya və sülh üzrə verilmişdir. Lakin riyaziyyat üzrə mükafat verilməmişdir. Bununla bağlı bir çox fikirlər səslənsə də, doğru variant olaraq Mittaq-Lefflerlə (1846-1927) bağlı olan fikir əsas götürülür. A.Nobelin məşhur riyaziyyatçıya qarşı antipatiyasının olması, riyaziyyat üzrə Nobel mükafatının verilməsinə əngəl olmuşdur. Əgər Nobel mükafatı riyaziyyat sahəsi üzrə verilsəydi, ilk mükafata da elə Mittaq-Lefller layiq görüləcəkmiş. Onun qarşısını almaq üçün, məhz Alfred Nobel riyaziyyat sahəsi ilə bağlı belə qərar verib.

Elmi fəaliyyəti O, İsveç Kral Elmlər Akademiyasının (1883), Finlandiya Elm və Ədəbiyyat Cəmiyyətinin (1878, daha sonra fəxri üzvü), Uppsaladakı İsveç Kral Elmlər Cəmiyyətinin, Land Kral Fizioqrafiya Cəmiyyətinin (1906), London Kral Cəmiyyəti (1896) və Parisdəki Elmlər Akademiyası da daxil olmaqla 30-a yaxın xarici elmi cəmiyyətin üzvü olmuşdur. O, Oksford Universitetinin və bir sıra digər universitetlərin fəxri doktoru olub.

Mittaq-Leffler həmçinin qadın hüquqları müdafiəçisi idi və Sofiya Kovalevskayanın Stokholmda riyaziyyat üzrə professor olmasında mühüm rol oynamış və dünyada bu vəzifəni tutan ilk qadın olmuşdu. 1903-cü ildə Nobel mükafatı Komitəsinin üzvü kimi o, komitənin fizika üzrə mükafatın yalnız Pyer deyil, Mariya və Pyer Küriyə birgə təqdim edilməsini müdafiə etmişdi.

Mittaq-Leffler riyaziyyat jurnalı olan Acta Mathematica-nın əsasını qoymuşdur (1882). Jurnal kral II Oskarın və qismən çox varlı Fin ailəsindən olan həyat yoldaşı Signe Lindforsun maddi köməyi ilə maliyyələşdirilirdi. Mittaq-Lefflerin Stokholm ətrafında Yursholmdakı villasında, böyük riyazi kitabxanası olub. Ev və onun içindəki əşyalar Mittaq-Leffler İnstitutu olaraq Elmlər Akademiyasına bağışlanıb. Sonrakı illəri Mittaq-Leffler 1911-ci ildə təqaüdə çıxsa da, lakin 15 ildən çox Acta Mathematica üzərində işləməyə davam edib. Bizneslə də məşğul olmağa başlayan Qustav-Leffler F. & G. Beijer Publishing Company, Alby factories və s. kimi müəssisələrə də investisiya qoyub. O, Henrik Palme ilə də əməkdaşlıq etmiş və zamanla sığorta və maliyyə institutlarında bir sıra vəzifələri icra etmişdir. Lakin Birinci Dünya müharibəsindən sonra Mittaq-Leffler sərvətinin çox hissəsini itirdi. Yursholmdakı mülkü 1916-cı ildən dövltin nəzarətinə keçməyə başladı və bunula da müasir Mittaq-Leffler İnstitutunun əsası qoyuldu. Ölümü və irsi İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri