Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (; ) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona "Rəsulullahın şairi" ləqəbi verilmişdir.
Bioqrafiya O, Mədinədə doğulmuşdur. Xəzrəc qəbiləsinə mənsubdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır.
O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir. O, müxtəlif mübahisələrdə iştirak etmiş, şeirləri ilə müsəlmanlara ideoloji dəstək vermişdir.
Həssan Məhəmməd peyğəmbərin cariyəsi Mariyə əl-Qibtiyyə bacısı olan Sirinlə evlənmişdirət-Tabari, Tarix, S.131.. Sirin və Həssan xoşbəxt həyat sürmüşdür. Onların atasının şairlik yolunu davam etdirən Əbdürrəhman ibn Həssan adlı bir oğulları olmuşdur.
O, təxminən 120 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Səhabələr Kateqoriya:Ənsarilər Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:VI əsr şairləri Kateqoriya:Ərəb şairlər Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri