Elmi fantastika filmi — Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və "bizi insan edən nədir?" kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur.Williams, Eric R. (2017). The screenwriters taxonomy : a roadmap to collaborative storytelling. New York, NY: Routledge Studies in Media Theory and Practice. . . P. 21
Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən — Corc Melisin "Aya Səyahət" (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi "2001: Bir kosmik dastan" (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş "Ulduz müharibələri" və "Üçüncü növ yaxın görüşlər" adlı filmlər, "E. T." (1982) və "Qara Geyinən Adamlar" (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.Dean, Joan F. "Between 2001 and Star Wars." Journal of Popular Film and Television 7.1 (1978): 32–41.Lev, Peter. "Whose future? Star wars, alien, and blade runner." Literature/Film Quarterly 26.1 (1998): 30.
İstinadlar
Mənbə Oskay, Ünsal; Popüler Kültür Açısından Çağdaş Fantazya: Bilim-Kurgu ve Korku Sineması; Der Yayınları, 1981.
Əlavə ədəbiyyat siyahısı Luca Bandirali, Enrico Terrone, Nell'occhio, nel cielo. Teoria e storia del cinema di fantascienza, Turin: Lindau, 2008, . Welch Everman, Cult Science Fiction Films, Citadel Press, 1995 in literature, . Peter Guttmacher, Legendary Sci-Fi Movies, 1997 in literature, . Phil Hardy (journalist), The Aurum Film Encyclopedia#Volume Two|The Overlook Film Encyclopedia, Science Fiction. William Morrow and Company, New York, 1995 in literature, . Richard S. Myers, S-F 2: A pictorial history of science fiction from 1975 to the present, 1984 in literature, Citadel Press, . Gregg Rickman, The Science Fiction Film Reader, 2004 in literature, . Matthias Schwartz, Archeologies of a Past Future. Science Fiction Films from Communist Eastern Europe, in: Rainer Rother, Annika Schaefer (eds.): Future Imperfect. Science – Fiction – Film, Berlin 2007, pp. 96–117. . Dave Saunders, Arnold: Schwarzenegger and the Movies, 2009 in literature, London, I. B. Tauris Errol Vieth, Screening Science: Context, Text and Science in Fifties Science Fiction Film, Lanham, MD and London: Scarecrow Press, 2001. Simultaneous Worlds: Global Science Fiction Cinema edited by Jennifer L. Feeley and Sarah Ann Wells, 2015, University of Minnesota Press
Xarici keçidlər
The Encyclopedia of Fantastic Film and Television — horror, science fiction, fantasy and animation The Greatest Films: Science Fiction Films LIFE Sci-Fi | Tech News, Movies, Reviews LIFE in a word
Kateqoriya:Film janrları Kateqoriya:Kino tarixi