Nino Bule () – Xorvat peşəkar futbolçu.

Həyatı Nino Bule 1976-cı il martın 19-da Bosniya və Herseqovinada anadan olan, 1,88 metr boya malik N.Bule Avstriyada da legioner karyerası yaşayıb. 2000/2001 mövsümündə "Cublio İvata" klubuna Yaponiya Superkubokunu qazandırdığı vaxtda, hücumçu bu ölkədə "Qamba Osaka" komandasında (40 oyun, 23 qol) çıxış edib. O, 2004/2005 mövsümündə "Paşinq" (16 oyun), "Austriya" (8 oyun, 3 qol), "Admira Vakker" (27 oyun, 7 qol) klublarında çıxış edib. Futbolçu karyerasına 1995-ci ildə Zaqrebin eyni adlı klubunda başlayan N.Bule bu komandada 5 mövsüm (110 oyun, 30 qol) keçirib. N.Bule 2001-ci ildən 2004-cü ilədək şərəfini qoruduğu "Hayduk" klubunda (65 oyun, 17 qol) ölkə çempionluğunu qazanıb. Son iki mövsümü "Rijeka" klubunda keçirən hücumçu 49 oyunda 7 qola imza atıb. O, Xorvatiyanın yığma komandalarında da çıxış edib. Belə ki, N.Bule olimpiya yığmasında çıxış etdiyi bir ildə (1997) 4 oyunda 2 qol vurub. 1998-1999-cu illərdə Xorvatiyanın ikinci yığmasının heyətində iki görüşdə meydana çıxan hücumçu sonrakı 5 ildə milli komandada üç matçda forma geyib.

N.Bulenin əsas yığmada sonuncu oyunu 2004-cü ildə Almaniya millisi ilə yoldaşlıq görüşü olub.

Həmçinin bax

Kateqoriya:Xorvatiya futbolçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Legioner Xorvatiya futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Namo Zaqreb FK futbolçuları Kateqoriya:Riyeka FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:Xorvatiya U-21 milli futbol komandası futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Lokomotiva Zaqreb FK futbolçuları Kateqoriya:Futbol hücumçuları