Qələvilər — suda yaxşı həll olan əsaslara deyilir.

Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir.

Digər əsaslar isə ya suda az həll olur, ya da ümumiyyətlə həll olmur: məsələn, Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və s.

Alınma üsulları 1) Aktiv metalların (Li, Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri nəticəsində əvəzetmə reaksiyası baş verir və qələvilər alınır:

2Li + 2H2O -> 2LiOH + H2

2) Qələvi və qələvi-torpaq metalların hidridləri su ilə reaksiyaya girərək qələvi əmələ gətirir:

KH + H2O -> KOH + H2

Qələvilərin adlandırılması Adlandırılarkən əvvəlcə sabit valentli metalın adı, sonra isə "hidroksid" sözü işlənilir.

Kateqoriya:Qeyri-üzvi kimya Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Kimyəvi maddələr