Hu (The HU) Monqol xalq və metal musiqi qrupu. Hu öz musiqi üslubunu "hunnu rok" adlandırır, onlar bu adı qədim monqol/türk imperiyası olan Hunlardan ilhamlanaraq götürmüşdür.

Tarix Qrupun 2018-ci ilin sonlarında YouTube-da yayımlanan iki videosu "Yuve Yuve Yu" (28 sentyabr) və "Wolf Totem" (16 noyabr) 2021-ci ilin fevralına qədər birlikdə 100 milyondan çox baxış toplamışdı.

17 may 2019-cu ildə Hu, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşdü. O, qrupu ölkənin tanıdılmasında uğurlarına görə təbrik etdi.

Onlar 2019-cu ilin iyun və iyul aylarında on iki Avropa ölkəsində iyirmi üç konsert verdilər. Qrup 23 avqust 2019-cu ildə dördüncü sinqlı "The Great Chinggis Khaan " (Böyük Çingiz Xan) musiqi videosunu yayımladı.

İstinadlar

Kateqoriya:Monqolustan musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:2016-cı ildə yaranan musiqi qrupları