İnşaatçı Sabirabad FK — Azərbaycanın Sabirabad rayonunu təmsil edən futbol klubu. Klub 1980-cı ildə yaradılıb. Təsısçisi və sponsoru Sabirabad 4 saylı Təmir-tikinti trestinin müdiri, xeyriyyəçi Cəlal Mənsimov olmuşdur. Klub SSRİ dövründə yaradıldığı üçün əvvəlki bəzi sənədlərdə adı "Stroitel Sabirabad" kimi qeyd olunub. Fəaliyyəti dövründə İnşaatçı FK 1986-cı ildə Azərbaycan SSR kubokunun,1989-cu ildə Azərbaycan SSR Çempionatının qalibi olmuş, 1984, 1987 və 1988-ci illrərdə ölkə çempionatının bürünc mükafatçısı olmaqla, 3-cü yerə layiq görülmüş, 1993-cü ildə Azərbaycan Kubokunun finalçısı olmuşdur. Maliyyə çətinlikləri səbəbindən 1995-ci ildə klub fəaliyyətini dayandırmışdır. 2025-ci ildən klub fəaliyyətini bərpa edib və Ülvü Qasımov klubun prezidenti seçilib. 2026-cı ilin yay aylarında klub Həvəskarlar liqasında çıxış etmiş və 1/4 finala kimi yüksəlmişdir.
Uğurları thumb|right|Əvvəlki emblem Azərbaycan Kuboku: Finalçı (1) — 1993
Azərbaycan SSR Milli Futbol Çempionatı: Çempion (1) — 1989 Bürünc (3) — 1984, 1987, 1988
Futbol üzrə Azərbaycan SSR kuboku Qalib (1)''' — 1986
İstinadlar
Xarici keçidlər Sabirabad rayonu Kovlar kəndində İnşaatçı tərəfindən müasir stadion tikilir Klubun Tarixi
Kateqoriya:Sabirabad rayonunun futbol klubları Kateqoriya:Ləğv edilmiş Azərbaycan futbol klubları