Qazıməmməd rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1939–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qazıməmməd şəhəri olmuşdur.
Tarixi Qazıməmməd rayonu 8 oktyabr 1943-cü ildə Əli Bayramlı rayonunun 5, Şamaxı rayonunun isə 1 kənd sovetliyi hesabına yaradılmışdır. Qazıməmməd rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.
1947-cı il məlumatlarına görə Qazıməmməd rayonuna 1 şəhər (Qazıməmməd şəhəri), 2 şəhər tipli qəsəbə (Bəndovan və Pirsaat) və 7 kənd sovetliyi daxil idi.
Qazıməmməd rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, ərazisi isə Əli Bayramlı rayonuna birləşdirilmişdir.
Əhalisi 1939-cu il siyahıyalmasına görə Qazıməmməd rayonunda 20.056 nəfər yaşamışdır. Onlardan 84,1%-i azərbaycanlı, 12,7%-i isə rus olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR-in rayonları Kateqoriya:Azərbaycanın ləğv olunmuş rayonları Kateqoriya:1939-cu ildə Azərbaycanda yarananlar