Mustafa Bərzani () və ya Molla Mustafa Bərzani (; ) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir.
Erkən illəri Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.
1931-ci ildə Bərzani hakimiyyətin İraqdakı kürd bölgələrində tayfa hakimiyyətini məhv etmək cəhdlərinə qarşı üsyana rəhbərlik edən Əhməd Bərzaniyə qoşulmuşdur.The Kurdish Minority Problem, p.11, Dec. 1948, ORE 71–48, CIA . İraq üsyançı ərazilərə qarşı hava müharibəsi aparan ingilis müttəfiqlərindən kömək almışdır. Hava bombardmanı kütləvi dağıntı və uğursuzluqlarla nəticələndi, Şeyx Əhməd isə 1932-ci ilin iyununda Türkiyə ilə o vaxt mübahisəli olan sərhəddə türk qoşunlarına təslim olmuşdur. Mustafa Bərzani və qardaşı Məhəmməd Sadiq daha bir il döyüşməyə davam etsə də, şeyx Əhməd Mustafa Bərzaninin məsləhəti ilə İraqa təslim olmuşdur.David McDowall, 2007, pp. 178–180. Buna baxmayaraq, o, 1939-cu ildə İraqda ilk kürd siyasi partiyası olan "Həva"nın yaradılmasında iştirak etmişdir.
Məhabad Cümhuriyyəti Mustafa Bərzani 1943-cü ilə qədər nəzarət altında olmuş, İkinci Dünya müharibəsi səbəbilə Süleymaniyyədə yenidən azad edilmişdir.David McDowall, 2007, pp. 290–293. İraq hökuməti Bərzanini İrana qaçmağa məcbur etmişdir. O, burada SSRİ dəstəyi ilə yaradılmış Məhabad Cümhuriyyətinə dəstək çıxmışdır.Quil 2008, pp. 17 Qazı Məhəmmədlə Mustafa Bərzani arasında fikir ayrılıqlarına baxmayaraq, Bərzani qüvvələrinin gəlişi İran kürdlərinin bölgəyə nəzarəti ələ keçirmək imkanlarını artırmışdır.David McDowall, 2007, p. 241.
Azərbaycanda Məhabad Cümhuriyyəti süqut etdikdən sonra Bərzani və tərəfdarları Azərbaycan SSR-ə qaçmış, Naxçıvan yaxınlığındakı düşərgəyə yerləşdirilmişdir. SSRİ-yə kömək üçün müraciət etdikdən sonra Bərzani və tərəfdarları Bakı yaxınlığındakı düşərgələrə köçürülmüşdür. Bərzani 1947-ci ilin noyabrında Moskvanın göstərişi ilə kürdlərə kömək etmək əmri alan Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovla görüşmüşdür. Onlar burada kürdlərin SSRİ-də nə edə biləcəyini müzakirə etmişdir. Bərzaninin tərəfdarları hərbi alay halında təşkil edilmiş, hərbi taktika və siyasət, eləcə də kürdcə oxuyub yazmağı öyrənmişdir.Barzani 2003, p. 136
1948-ci ildə Bakıda İraq və İran kürdləri bir araya gələrək konfrans keçirmiş və Bərzani burada kürd hərəkatının planını açıqlamışdır. İranı ardınca yenidən SSRİ-dən Bərzani və tərəfdarlarının mühakimə olunmaq üçün təhvil verilməsini tələb etmiş, lakin SSRİ isə bunu rədd etmişdir. Bərzani fikir ayrılıqları və kürd hərəkatına qarşı mövqeyi səbəbindən Bağırovla tez bir zamanda problem yaşayırdı. Bağırov Lavrenti Beriya ilə əlaqəli olduğu üçün bu, ona regional məsələlərdə daha çox səlahiyyət verirdi və bu səbəbdən Bərzani öz tərəfdarlarının Azərbaycandan çıxarılmasını tələb etmişdir.Barzani 2003, pp. 136–138
Qalereya
Mənbə
İstinadlar
Ədəbiyyat Barzani, Massoud, and Ahmed Ferhadi (2004). Mustafa Barzani and the Kurdish Liberation Movement, 1931–1961. New York: Palgrave Macmillan. . Lawrence, Quil (2008). Invisible Nation: How the Kurds' Quest for Statehood is Shaping Iraq and the Middle East (1st U. S. ed. ed.). New York: Walker & Co. . David McDowall. A modern history of the Kurds. London: I. B. Tauris, 2007. ISBN 9781850434160.
Xarici keçidlər
Britannica Bioqrafiya Bioqrafik məlumatlar
Kateqoriya:Kürd inqilabçılar Kateqoriya:İraq inqilabçıları Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Kürd milliyyətçiləri Kateqoriya:Mollalar Kateqoriya:İraq kürdləri Kateqoriya:Kürd tarixi Kateqoriya:Qaralama kateqoriyaları Kateqoriya:Hərbi liderlər Kateqoriya:XX əsr hərbçiləri Kateqoriya:XX əsr siyasətçiləri