Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi

1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir.

Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub.

Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Azərbaycanda legioner Fransa idmançıları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Bolqarıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri