200px|thumb|right|Azərbaycan xəttatı Mir Möhsün Nəvvabın əlyazması
Azərbaycan mədəniyyətində xəttatlıq () — tarixən və müasir dövrdə Azərbaycan mədəniyyətində ərəb əlifbası ilə icra edilən xəttatlıq. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir.
Tarixi
Orta əsrlər və erkən müasir dövr thumb|left|alt=300px|XVI əsrə aid, Şah İsmayıl Xətai divanının imperiya ilə əlaqəsini göstərən "gözəl qızıl işləmələri və xəttatlığı" Orta əsrlərdə Azərbaycan ərazisində rəssamlar əsasən xəttatlıq ilə məşhur idilər. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.Telman İbrahimov. Xəttatlıq sənəti. Bakı, Şərq-Qərb, 2013.
XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatmış, Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Britannica Encyclopedia. Iran. Shah Abbas. dövrün miniatürist rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynamışdır. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb olmuşdur.Britannica Encyclopedia. Tabriz school. Р. Тагиева — Азербайджанский ковёр, Баку, 2003, стр. 158–163
Orta əsrlərdə yaşamış xəttatlara Azərbaycan ədəbiyyatının nümayəndələri olan qəzvinli Kişvəri,M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh. Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar misal göstərilə bilər.TEKİN, G. (1979). Timur Devrine ait iki Türkçe Şiir [Two Turkish Poems of the Timur Period]. Harvard Ukrainian Studies, 3/4, 850–867. Retrieved may 18, 2020, from www.jstor.org/stable/41035878The Role of Azerbaijani Turkish in Safavid Iran, Willem Floor and Hasan Javadi Orta əsr Azərbaycan əlyazmaları Xəlil bin Əhməd, Səfəvilər dövründə Şah Mahmud Nişapuri,Казиев, Адил (1964). Миниатюры рукописи "Хамсэ" Низами 1539–1543 гг. Баку: АН Азерб. ССР Ин-т Литературы и Исскусства. 82 səh. Məhəmməd ibn Hüseyn Katib Nişati, Mahmud Şirazı,Şeyx Səfi təzkirəsi ("Səfvətüs-səfa"nın XVI əsr türk tərcüməsi). Nəşrə hazırlayan: M. Nağısoylu, S. Cabbarlı, R. Şeyxzamanlı. Kitabın redaktoru, izahların və lüğətin müəllifi: Möhsün Nağısoylu. Bakı: Nurlan, 2006, 932 səhifə (Təkrar nəşri: 2010). XVIII əsrdə Şamaxılı Osman ibn Mahmud Əfəndi, Kazım QaradonluOrta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri (AMEA-nın 70, Əlyazmalar İnstitutunun 65 illik yubileyinə həsr olunmuş) XIV Respublika elmi konfransının materialları. Bakı, 2015, 282 s və s. kimi katib və xəttatlar tərəfindən köçürülmüşdür. XV əsrə aid Əfsəhəddin Hidayətullah divanının Oksford nüxsəsi qrafik-kalliqrafik özünəməxsusluğu ilə seçilir.Aidə Paşalı. Əfsəhəddin Hidayət və "Divan"ı (tekstolojifiloloji tədqiqat və mətn). Bakı: "Nurlan", 2011, 448 s. XVI əsrə aid Şah İsmayıl Xətai divanının "gözəl qızıl işləmələri və xəttatlığı" onun imperiya ilə əlaqəsini göstərir.
Mahmud ibn Şahməhəmməd Ərdəbili 1591-ci ildə Məhəmməd Füzulinin divanını təliq xətti ilə köçürmüşdür. Hal-hazırda bu kitab İstanbuldakı Topqapı sarayı muzeyinin türkcə əlyazmalar şöbəsində saxlanılır. Məhəmməd Rza Ərdəbili isə 1664-cü ildə Füzulinin "Leyli və Məcnun" poemasını nəstəliq xətti ilə köçürmüşdür. 22 miniatürlə bəzədilən və ədəbi əhəmiyyətindən savayı, yüksək sənət dəyərinə də sahib olan bu nüsxə Britaniya Milli Kitabxanasının türkdilli əlyazmalar şöbəsində qorunmaqdadır.Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti / Calligraphy and Book Art in Ardabil During the Safavid Reign. Namiq Musalı.
Məhəmməd Füzuli şeirində pis yazan, nöqtə və hərf xətaları edən xəttatlar üçün "əli qələm olmaq" bədduasını istifadə etmişdir. Bu da xəttatların yazıda səhv etməsinin məna fərqlərinə gətirib çıxartdığını göstərir.Güneş, Ö. (2019). Tuhfe-i Hattâtîn’de Hat Sanatını Ele Alan Şiirler . Anemon Muş Alparslan Üniversitesi Sosyal Bilimler Dergisi, 7 (5), 163–173 . DOI: 10.18506/anemon.506259
XIX əsr—XX əsrin əvvəlləri
Azərbaycanda xəttatlıqla usta Baba (XVIII əsr, Bakı), usta Abuzər Bədəlov (XVIII–XIX əsrlər, Şahbuz), Usta Zeynal Nəqqaş (XIX əsr, Ordubad),Azərbaycan Milli Elmlər Akademiyası (2002). Naxçıvan ensiklopediyası. Bakı. səh. 566–567. usta Əhməd (XIX əsr, Lənkəran), usta Məhəmməd (XIX əsr, Gəncə) kimi sənətkarlar məşğul olmuşdular. XIX əsr—XX əsrin əvvəllərində Azərbaycanda varlı evlərinin bəzədilməsində xalçaların üzərinə asılan qətələrdən (zərli xətlə yazılmış və çərçivəyə salınmış Quran ayələrindən ibarət sənət əsəri) istifadə edirdilər.
Azərbaycanın şimal-qərb bölgəsində xəttatlığın ən gözəl nümunələri qəbr daşları və əlyazmalarda müşahidə edilir. XVIII–XIX əsrlər bölgədə xəttatlıq sənətinin zirvəyə çatdığı dövrdür. Ən çox rast gəlinən yazı növü nəsxdir və bölgəyə aid növü "Nəsx-i Tala" adlanır. Aşıq Hüseyn Məşləşi "Əlifə bənzəyirsən" şeirinin hər bəndini bir ərəb hərfinə həsr etmişdir. Car-Balakən bölgəsinə aid bir adət də Kəhf cüzü ənənəsidir. Qurani-Kərimin Kəhf surəsi cüzlər şəklində hüsn-ü xətlə yazılaraq, daha çox təzhib üsulu ilə hazırlanaraq cümə günləri oxunur. Cüzlər dövrün məşhur xəttatları, həmçinin yazı-pozu işini bacaran kəslər (mədrəsə tələbələri, adi camaat, hətta qadınlar) tərəfindən yazılmışdır. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində bu ənənənin yüzdən çox nümunəsi qorunub saxlanılır.Niyazov, A. (2015). XIX. Asır Kafkasya Medreselerine Genel Bir Bakış -Car-Balaken Örneği . Karadeniz Teknik Üniversitesi İlahiyat Fakültesi Dergisi (KTUİFD), 2 (2), 157–177 . Retrieved from https://dergipark.org.tr/tr/pub/katuifd/issue/31143/338329
XIX əsr Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan ŞuşadaMattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. — Routledge, 2004. — С. 211. — ISBN 0-415-30219-6, 9780415302197 Mirzə Məhəmmədkərim bəy Kəbirli, Hacı Mirzə Əliqulu Yusifzadə, Molla Əli Qarabaği, Mirzə İsmayıl Məhzun, Mirzə Hüseyn bəy Salar, Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği kimi xəttatlar fəaliyyət göstərirdi. Molla Əlinin şagirdi Mirzə Kazım onun yazılarını "İnşai-Mirzə Kazım" adı ilə dərc etdirmiş və bu kitab mədrəsələrdə hüsnü-xətt örnəyi kimi istifadə edilmişdir. Həsənəli xan Qaradaği Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərini şikəstə-nəstəliq yazısı ilə köçürmüşdür. Mirzə Qədim İrəvani Ermitajda saxlanılan qovluqşəkilli hədiyyəsində nəsx xətti ilə Sədidən şeir parçalarını yazmışdır. Lənkəran qəza məhkəməsi katibi Mirzə İsmayıl Qasir isə nəsx, təliq və naxun xətlərinin ustadı idi.
Gəncədə və Tiflisdə xəttatlıq dərsi verən Mirzə Şəfi Vazehi alman şərqşünası Fridrix Bodenştedt belə təsvir edirdi: "Mirzə Şəfi çox gözəl yazırdı və eyni zamanda (yazıya) gözəllik və rəngarənglik gətirirdi: hərfləri mətnin məzmununa uyğunlaşdırırdı. Əgər o, adi şeylər barədə yazmalı olurdusa, onda o, onlara adi, qəşəng şeylərə bayramsayağı paltarlar geydirirdi, qadınlara göndərilən məktubları xüsusi nazik xətlə yazırdı."Ениколопов И. К. Поэт Мирза-Шафи. — Баку: Изд-во АзФАН СССР, 1938.
XIX əsr ortalarında Azərbaycanda mədrəsələrində hüsnü-xətt dərsinə xüsusilə diqqət edilməyə başlanmışdı. Belə mədrəsələrdən biri Nuxada "Məcməül-xoş xətt" əsərinin müəllifi Əbdülqəni Xalisəqarızadə Nuxəvinin (1817–1879) mədrəsəsi idi. Nuxəvinin əsasən nəsx və nəstəliq xətlərindən istifadə edərək yazdığı əlyazma kitabları bədii estetik zövqlə tərtib edilmişdi.Mətnşünaslıq. Bakı, "Tural-Ə Nəşriyyat-Poliqrafiya Mərkəzi", 2001, 15,7 ç.v. Qafqaz müsəlmanlarının V şeyxülislamı Əbdüssəlam Axundzadə 1894-cü ildə Tiflisdə "Xətti-təliq və nəstəliq" dərsliyini dərc etdirmişdir. Bakı şəhərinin ətraf kəndlərində isə xəttatlıq sənəti daha çox məscidlərin nəzdindəki məktəblərdə dini dərslərlə bərabər tədris edilmiş və bu sənətin mahir ustaları da belə yetişmişdir. Suraxanıdan Mirzə Əsədullah "İsmailiyyə" bina fasadının hədislərinin xəttatı olmuşdur. Onun şagirdi Əhməd Əlizadənin əl işləri AMEA Əlyazmalar İnstitutunda saxlanılır.
Müasir dövr 280px|thumb|right|Cənnət qılıncların kölgəsi altındadır. Əli bəy Hüseynzadənin rəsm əsəri 280px|thumb|right|Uclu tağ və baryer. Əzim Əzimzadə. Yazı: Hər kəs öz istədiyi kimi davranır, lakin sizin Rəbbiniz doğru yolla gedəni çox gözəl tanıyır.
Sovet dövründə latın qrafikasına keçid və elmi-texniki tərəqqinin baş verməsi kalliqrafiya sənətinin tənəzzülünə səbəb olur. Müasir dövrdə Seyfəddin Mənsimoğlu, Hacı Eldar Mikayılzadə, Yavər Əsədov, Gülxan Baydəmir kimi rəssamlar əsərlərində xəttatlıqdan istifadə edirlər. Xəttatlığı ağacoyma sənəti ilə birləşdirən Seyfəddin Mənsimoğlu Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mövlana Cəlaləddin Rumi kimi şəxsiyyətlərə əsərlər həsr etmişdir. Hacı Eldar Mikayılzadə Təzəpir məscidinin bərpasında nəbati və islami naxışlarla bədii xəttatlığın sintezini yaratmışdır.
Müasir Azərbaycan rəssamları xəttatlığın inkişafında Azərbaycan rəssamlarının tarixi rolunu dərk edərək, bu sənətin ifadə sərhədlərini genişləndirməyə çalışmışdır. Belə rəssamlar arasında ənənəyə sadiq qalanlar (M. Əzizov və T. Qorçiyev), eləcə də söz və təsvir vəhdətinə nail olmaq üçün improvizasiya edənlər (Azad Yaşar və Yavər Əsədov) vardır. Xəttatlığın da daxil olduğu Azərbaycan incəsənət irsi Viktoriya və Albert Muzeyi və Saatçı Qalereyası kimi Londonun vacib yerlərində nümayiş edilmişdir.
9 dekabr 2025-ci ildə "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsində İslam xəttatlıq sənəti sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İran, Əlcəzair, Misir və Suriyadan olan sənət ustalarının əl işləri nümayiş etdirilmişdir.
Xətlərin növü və ölçüləri 230px|thumb|left|Xəttat Mirzə Şəfi Vazehin məktubu
Azərbaycan yazıları xətti-bədii və xətti-təhriri olmaqla 2 hissəyə bölünür. Xətti-bədii yazılara usta katiblər tərəfindən yaradılmış xətlər, xətti-təhririyə isə daha çox qaralama və ya məşq üçün yazılmış yazılar daxildir.
Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Nöqtəsiz, nöqtəli və çiçəkli kufi xətti kitabələrin yazılması üçün tətbiq edilmişdir. AMEA Əlyazmalar İnstitutunda yalnızca bir ədəd, nöqtəli kufi xətti ilə yazılmış əlyazma vardır. Əlyazma kitablarında başlıqlar, yarımbaşlıqlar və ünvanların da kufi xətti ilə yazılmasına rast gəlinir. Azərbaycanda ən geniş istifadə edilən xətt növü nəstəliq idi, 44 türkdilli (azərbaycandillilər daxil olmaqla) əlyazma bu xətlə yazılmışdı.
XVII əsrə aid əlyazma kitablarının çoxu nəstəliq və nəstəliq-şikəstə xətləri istifadə edilərək yazılmışdır. Başlıqların yazılması üçün isə əlyazmada əsas istifadə edilən xətdən fərqlənən bir xət növü tətbiq edilmişdir. Başlıqlar üçün daha çox nəsx və süls xətləri istifadə edilir, bu xətlər əsərin bədii tərtibatına müsbət təsir edirdi.
Məhəmməd Füzuliyə aid mətnlər qayda olaraq nəstəliq xətti ilə köçürülürdü. Bunun üçün kitab və mətndə ənənəvi, narın və ya hətta mikroskopik xətt ölçüsündən istifadə edilirdi. Məsnəvinin hər beyti 4 santimetrə yerləşdirilən bir "Leyli və Məcnun" əsəri ola bilsin ki, sifarişlə yazılmış, əsəri köçürən böyüdücü şüşə istifadə etməklə əsər üzərində böyük zəhmət çəkmişdi. Füzuli divanının A-611 şifrəli nüsxəsi də bu üsulla, mikroskopik nəstəliqlə yazılmışdır. Ümumiyyətlə, mikroskopik yazıya XVII–XIX əsr Azərbaycan əlyazma kitablarında az rast gəlinmir, Füzuli kitabları da belə "cırtdan kitablar" sırasına aiddir.