Ulduz müharibələri: Klon müharibələri — Corc Lukas tərəfindən yaradılmış, "Ulduz müharibələri" mövzusunda, 2008-ci ildə yayımlanmağa başlayan animasiyalı üçölçülü ABŞ elmi fantastika teleserialı.

İlk dəfə 3 oktyabr 2008-ci ildə "Cartoon Network"da yayımlanmışdır. Xronoloji olaraq teleserialdakı hadisələr prikvel trilogiyasının ikinci epizodunun hadisələrindən təxminən iki ay sonra başlayır, üçüncü epizoddan qısa müddət sonra isə nəticələnir. Hər birinin müddəti 19 dəqiqədən 26 dəqiqəyə qədər olan 133 epizod yayımlanmışdır. İlk dörd mövsüm hər biri 22 epizoddan ibarətdir. Teleserialın buraxılışından əvvəl bunun pilot seriyası olan eyniadlı tammetrajlı cizgi filmi də yayımlanmışdır. Teleserialın ilk treyleri 2007-ci ilin mayında yayımlanmışdır.

2013-cü ilin martında "Lucasfilm" teleserialın ləğv ediləcəyini elan etmişdir. Şirkət qalan epizodları "bonus məzmun" olaraq xarakterizə etmiş, onların nə vaxt tamamlanacağı və tamaşaçılara təqdim ediləcəyi barədə sonradan məlumat verəcəyini əlavə etmişdir. 2014-cü ilin fevralında məlum olmuşdur ki, teleserialın altıncı mövsümünün 13 seriyasını "Netflix" platformasında nümayiş olunacaq. 19 iyul 2018-ci ildə "San Diego Comic-Con"da teleserialın 10-cu yubiley panelində 12 epizoddan ibarət mövsüm üzərində işlərin getdiyi elan edilmişdir. Yeddinci mövsümün birinci seriyası 2020-ci ilin yazında "Disney+" striminq xidmətində yayımlanmışdır.

İstinadlar

Xarici keçidlər at at at

Kateqoriya:2000-ci illərin cizgi serialları Kateqoriya:2010-cu illərin cizgi serialları Kateqoriya:2020-ci illərin cizgi serialları Kateqoriya:2010-cu illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:ABŞ cizgi serialları Kateqoriya:Yerdənkənar həyat haqqında teleseriallar Kateqoriya:Lucasfilm teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Ulduz müharibələri teleserialları Kateqoriya:Filmlərə əsaslanan televiziya verilişləri Kateqoriya:Cartoon Network orijinal proqramları Kateqoriya:Disney+ orijinal proqramları Kateqoriya:Animasiya serialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar Kateqoriya:2000-ci illərin ABŞ animasiya serialları