Feyruz əd-Deyləmi (, ) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632–634) və Osmanın (644–656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir.
Bioqrafiya Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır.
Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir. Bununla bağlı Təbəri "Peyğəmbərlərin və kralların tarixi" əsərində Məhəmmədin dediyi xəbər verilir: "Onu fəzilətli bir şəxs Feyruz ibn əd-Deyləmi öldürdü" .
Feyruz 673-cü ildə Qüdsdə və ya Yəməndə vəfat edilmişdir. Onun Osman ibn Əffanın (644–656-cı illər) dövründə vəfat etdiyi də bildirilir. Oğulları əd-Dəhhak, Abdullah, Səid və başqaları ondan hədislər nəql etmişlər. Mühəddis və tarixçi Şiraveyh ibn Şəhrədar əd-Deyləmi onun nəslindəndir.
İstinadlar
Ədəbiyyat İbn Seyyidünnâs, Mineḥu’l-midaḥ (nşr. İffet Visâl Hamza), Dımaşk 1407/1987, s. 228–232. Abdülgaffâr Süleyman el-Bündârî v.dğr., Mevsûʿatü ricâli’l-kütübi’t-tisʿa, Beyrut 1413/1993, III, 250.
Kateqoriya:Səhabələr Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Ərəb olmayan səhabələr