Nizami Gəncəvinin heykəli — Özbəkistanın paytaxtı Daşkənd şəhərində, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin yaxınlığındakı meydanda, Babur adına parkın yaxınlığında yerləşən görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin heykəltəraşı İlham Cabbarovdur.

Abidə 2004-cü ilin martın 23-də ucaldılıb. Abidənin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər.

Abidə Nizami Gəncəvinin büstüdür, burada şərq geyimində, başında çalması olan, sol əlində kitab, sağ əli isə sinəsində olan şair təsvir edilmişdir. Postamentdə özbək () və azərbaycan dillərində () şairin adı yazılmış, doğulduğu və öldüyü illər göstərilmişdir. Xarici keçidlər

Nizaminin abidəsi Nizaminin abidəsi

Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Nizami Gəncəvinin heykəlləri Kateqoriya:Nizami Gəncəvi Kateqoriya:Özbəkistandakı büstlər Kateqoriya:2000-ci illərdə Özbəkistanda yarananlar