Dantuin () — "Ulduz müharibələri" kainatında uydurma planet. Dantuin orbitində iki peyki olan yerəbənzər planetdir. Böyük peyki açıq bənövşəyi, kiçik peyki isə yaşılımtıl rəngə sahibdir. Dantuinin landşaftının çox hissəsi otlu düzənliklərdən, təpələrdən, çaylardan və böyük göllərdən ibarətdir. Yazda yağışlı mövsüm istisna olmaqla, planet ilin əksər hissəsində mülayim və quru iqlim saxlayır. Dantuin həmçinin, nəmli, sıx meşələrə və şirə təsərrüfatlarının yetişdirildiyi sonsuz örtüyə malikdir.

Dantuinin adı ilk dəfə 1977-ci ildə çəkilmiş "Yeni ümid" filmində çəkilir. "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"dən, xüsusilə "Knights of the Old Republic" video oyunu və "Ulduz müharibələri: Yeni Ceday Ordeni" kitabında həm planetin tərkibi, həm də tarixi haqqında ətraflı məlumat verilir, lakin kanon deyil.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ulduz müharibələrinin planetləri